ARIQLAMAQ

İnsanı arıqladan 10 meyvə

Baxış sayı: 478

Meyvələr vitamin, qida mənbəyi olmaqla yanaşı, eyni zamanda arıqlamaq üçün ən yaxşı vasitə hesab olunur. Meyvələrin tərkibi şəkərlə zəngin olsa da, kalorisi çox aşağı olur. Meyvə yeməklə siz daha çox çəki itirə bilərsiniz. Siz sadalayacağımız 15 növ meyvə ilə sağlam şəkildə və sürətlə arıqlayacaqsınız.

 

1. Avokado

Avokado təbii yağlarla zəngindir. Onun tərkibi, həmçinin yüksək tərkibli olein turşusundan və sudan ibarətdir. Avokado insan orqanizmində maddələr mübadiləsini tənzimləyir və çəkinin azalmasına kömək edən testosteronun yaranmasını sürətləndirir. Avokadonun tərkibində arıqlamağınıza səbəb olacaq liflər var. Lifli qidalar özünüzü tox hiss etməyinizə səbəb olacaq. Beləliklə, daha az yeyəcəksiniz. Ümumiyyətlə, insan gündə ən azı 25-30 qram lif qəbul etməlidir.

 

2. Alma

Belə bir məsəl var: Gündə bir alma ye, həkimdən uzaq ol. Metobolizm prosesində almanın rolu böyükdür. Belə ki, alma yeyəndən sonra iştahanız olmayacaq və özünüzü tox hiss edəcəksiniz. Alma Pektin adlı liflə zəngindir və bu liflər bədən hüceyrələrinin qidalanmasına səbəb olur. Yeməkdən əvvəl alma yemək iştahanızı azaldacaq və gümrah görünməyinizə səbəb olacaq.

 

3. Qarpız

Qarpız çox faydalı bostan bitkisidir. Qarpız sidikqovucu, ödqovucu, iltihab əleyhinə xüsusiyyətlərə malikdir, mübadilə proseslərinə və qaraciyərin fəaliyyətinə çox müsbət təsir edir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliklə mübarizə aparır və çəkinin azalmasına səbəb olur. Qarpızın köməyi ilə orqanizmi əsaslı şəkildə şlaklar, toksinlər, ağır metalların duzları və s. ziyanlı maddələrdən təmizləmək mümkündür.

 

4. Armud

Ən şirin və sulu meyvə olsa da, armud liflə zəngin və kalori baxımından çox kasıbdır. Səhər yeməyindən, günorta yeməyindən və axşam yeməyindən əvvəl 1 armud yeyə bilərsiniz. Tərkibindəki antioksidantlar sayəsində, ümumiyyətlə, qarın nahiyəsində yığılan heyvani yağların əriməsini sürətləndirir.

 

5. Şaftalı

Şaftalının mədə-bağırsaq sisteminin təmizlənməsində rolu yüksəkdir. “Fenolik” adlı maddə ilə zəngin olan şaftalı qarın yağlarının qarşısını alır.

 

6. Çiyələk

Çiyələk leptin və adiponektin hormonlarının inkişafına təkan verir. Bu iki hormon çəkinizin azalmasına və maddələr mübadiləsinin artmasına səbəb olur və bədəndəki zərərli yağların qarşısını alır. Çiyələyin tərkibində, həmçinin antiiltihab fermentləri də var.

 

7. Limon

Limonun tərkibi sitrus turşusundan və vitamin C -dən ibarətdir. O tərkibindəki liflər hesabına qəbizliyin, mədə pozğunluğunun qarşısını alır və piylənmənin azaltmasına kömək edir.

 

8. Kokos

Kokos tərkibindəki termogenic maddələrin təsiri ilə bədənin istiliyini artırır və metabolik vəziyyət yaradır və insan asanlıqla arıqlamağa başlayır. Kokos eyni zamanda piylənmənin qarşısını alır və qandakı şəkərin miqdarını tənzimləyir. Gün ərzində 2 qaşıq kokos yağını rasionunuza daxil etsəniz, aclıq hissi az-az gələr, iştahınız bir qədər kəsilər.

 

9. Kantalupa

Kantalupanın tərkibi vitamin C ilə zəngin olduğundan bədəndəki infeksiya yaradan vasitələrin qarşısını alır. Tərkibində, həmçinin A vitamininin olduğu kantalupa bir növ qovuna bənzəyir və göz xəstəlikləri zamanı da istifadə olunur. Sadaladığımız digər meyvələr kimi, kantalupa da liflərlə zəngindir. Bu meyvəni qida rasionunuza əlavə etməklə siz normal çəkidə qala biləcəksiniz.

 

10. Papayya (Qovunağacı)

Papayyadan min illər boyu Cənubi Amerikada sərt ət liflərini parçalamaq üçün istifadə ediblər. Həmin fermentdən həzm sistemi pozğunluqları zamanı istifadə edilən həblər hazırlanır. Papayya yetişdirilmiş 1 hektar ərazidən bitkinin 100 kq-a yaxın fermentini əldə etmək olar. Papayyaya sarı rəngi verən isə karotin yox, karikaksantindir. Onun tərkibi A və C vitaminləri ilə də zəngindir. Meyvə toplayan zaman bir qədər ehtiyatlı olmaq lazımdır, çünki papayya lateks-şirə ifraz edərək dərini qıcıqlandıra, allergik reaksiyalara səbəb ola bilər. 100 qram papayya meyvəsi 26-74 kaloridir.

 

Leyla Şıxəliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir