toy

Qeyri-adi toy və sevgi etirafları – FOTOLAR

Baxış sayı: 1. 413

Toy iki sevən insanın rəsmi olaraq ər-arvad elan olunmasıdır, toy yeni ailənin doğulmasıdır. Bir çox ölkədə toy mərasiminin detalları oxşardır: gəlinin əynində ağ don, bəy ciddi kostyumda, gülüş və sevinc göz yaşları. Lakin hər xalqın özünəməxsus toy adətləri var. Gəlin baxaq görək dünyada necə evlənirlər.

Çində qırmızı geyinən gənclər hələ Xanşuy sülaləsi dövründən ənənəvi nikah mərasimində bir-birlərinə and içirlər. Kütləvi toy mərasiminə Çinin müxtəlif yerlərindən 130 cütlük təşrif buyurub.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Rusiyanın Krasnoyarsk şəhərində hər il keçirilən “Gəlinlərin paradı”nın iştirakçısı. Ərdə olan 100-ə yaxın gənc qadın bir daha gəlin paltarı geyinərək toy gününü yada salırlar.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Las-Veqasda xüsusi chazlar quraşdırılmış yük maşının park etdiyi yerdə nikah mərasimi

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Filippində katolik kilsələrinin birində cütlük sifətlərini min cür hala salaraq mobil telefona çəkirlər.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Hindistanın Kəşmir ştatında bəy toyundan sonra evə qayıdır. O, qudcar milli azlığın nümayəndəsidir. Yayda o, mal-qara, qoyun-keçi saxlayır, evə yalnız qışda gəlir.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Pakistanın İslamabad şəhərində yerləşən xristian kilsələrinin birində toy mərasimi zamanı bəy-gəlin dua edir.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Daha bir kütləvi toy mərasimi Hondurasda keçirilib. Burada müxtəlif yaşdan 412 cütlük iştirak edib. Mərasimdə 75 yaşlı qadın 87 yaşlı ərini öpərək sevgisini ifadə edir.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Bu dəfə Çində hərbiçilərin kütləvi toyu olub. Əsgərlər onların qalxdığı platformanı saxlayırlar. 264 cütlük bir-birinə sədaqət andı içir, ölkənin Müdafiə naziri isə onların şahididir.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Somalili polis və onun gənc xanımı toydan sonra. Mərasimin təşkil olunduğu ərazi əvvəllər Əl-Qaidə qruplaşmasının nəzarətində olub və dünyəvi tədbirlərin keçirilməsi qadağan edilmişdi. İndi isə bu məhdudiyyət aradan qaldırılıb.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Çinin Şanxay şəhərində cütlük toy albomu üçün poza verir.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Bruneydə kral nikahı. Bruney sultanının qızı Xassanala Bolkiax ərə gedir. Onun atası dünyanın ən varlı insanlarından biridir.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Çinli gənclər simvolik toy zamanı şəkil çəkdirirlər. Vətənlərində nikah kağızına imza atan 15 cütlük Noyşvanştayn qəsrində and içmək üçün Almaniyaya gediblər. Bu qəsr Avropanın məşhur tikililərindən biridir.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Cütlük toy zamanı Budda heykəlinin önündədir. Bu, Tayvanda bağlanan ilk eynicinsli nikahdır, ancaq bu izdivac rəsmi olaraq tanınmır.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

ABŞ-da gənclər nikahdan sonra komiks mağazasına gəliblər. Eyni cinsdən olan cütlük məşhur komikslərin fonunda dünyada bağlanan ilk homoseksual nikahı qeyd etmək üçün bu mağazaya təşrif buyurublar.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Həbsdə olan kişi həyat yoldaşı və qohumları ilə türmədə keçirilən toy mərasimindən sonra şəkil çəkdirir. Hadisə Perunun Lima şəhərində baş verib. Cənubi Amerikanın böyük həbsxanalarından birində təşkil olunan kütləvi toy mərasimində 10 cütlük evlənib. Bu, dustaqların azadlığa çıxdıqdan sonra cəmiyyətə adaptasiyası proqramının bir hissəsidir.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Bəy toy şirkətinin dənizçi kostyumu geyinən əməkdaşları ilə şəkil çəkdirir. Hadisə Çinin Tzyansu əyalətində baş verib.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Perulu cütlük ənənəvi geyimdə kütləvi nikah tədbirinin başlamasını gözləyir. Ailə təsisatına dəstək Dövlət Proqramı çərçivəsində 60 cütlük mərasimdə iştirak edir.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

27 yaşlı suriyalı qız toya hazırlaşır. Məhəbbətin qüdrəti onu Suriya ilə İsrail sərhədini keçməyə məcbur edib. Çünki sevgilisi İsrailin 1967-ci ildə zəbt etdiyi ərazidə yaşayır. Bu görüş Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməyi ilə baş tutub.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Hindistanda kütləvi nikah. Aşağı kastaya mənsub 100-dən çox cütlük xeyriyyə təşkilatının köməyi ilə ailə həyatı qurur.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Gəlin istifadə olunmayan dəmiryolu xəttində poza verir. Bu ərazidə əvvəllər elektrik cihazları istehsal edən zavodlar fəaliyyət göstərirdi.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Nikah zamanı suriyali döyüşçü və sevgilisi bir-birinə nişan üzüyü taxır. Onların tanışlığı isə müharibə şəraitində baş tutub. Belə ki, döyüşlərin birində yaralanan hərbiçi hospitala yerləşdirilir. Ona qulluq edən tibb bacısı ilə aralarında ilk baxışdan sevgi yaranır və evlənmək qərarına gəlirlər.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Minsk şəhərinin 945-ci ildönümündə keçirilən mərasim zamanı 9 bəy əyilərək gəlinlərin əlindən öpür.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Bu il Braziliyada keçirilən Dünya Futbol Çempionatı üçün tikilən stadionda kütləvi nikah mərasimi zamanı gəlinlər öz yarlarını gözləyirlər. İnşaat işlərini aparan şirkətin dəstəyi ilə 62 işçi ailə həyatı qurur.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

46 cütlüyün toy mərasimində iordaniyali bəylər qohum-əqrabalarının çiyinlərində oturub. Aksiya toy olmadan cinsi əlaqənin yolverilməzliyini təbliğ edən təşkilat tərəfindən keçirilib.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Qız SunTrust göydələnindən tullanmazdan əvvəl əllərini buraxır. Onun həyatında həmin gün 2 əlamətdar hadisədir- RiverRocks musiqi festivalının açılışı və ailə həyatı qurması.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Görünür, İspaniyada hava elə istidir ki, bəylə gəlin okeanarium hovuzunda nikah bağlayırlar.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Meydandakı kilsədə keçirilən nikah mərasimindən sonra Boliviyanın 49 yaşlı vitse-prezidenti və 25 yaşlı sevgilisi qayıqla gəzərək camaatı salamlayır.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Boliviyada cütlüklər kütləvi toyda iştirak edirlər. Cütlüklərin çoxu artıq rəsmi nikahdadır, amma yerli icraedici orqanın təşkilatçılığı ilə baş tutan mərasimə qatılmaq qərarına gəliblər.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Amazon bölgəsində təşkil olunan kütləvi toy mərasiminin qeyri-adi boliviyalı iştirakçıları.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Monqolustan Parlamentinin binası önündə fotosessiya edən cütlüyü qoruyan polis heç kəsin binaya daxil olmasına icazə vermir.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Gənclər Şanxay küçəsində toy albomu üçün fotoşəkillər çəkdirir.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Nikah yığıncağı zamanı qəflətən başlayan leysan cütlüyün mərasimini yarımçıq kəsdi.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Qanada çimərlikdə toy-gənc evlənənlər, dostları, fotoqraf və əlində gül tutan qızlar.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

ABŞ-da 50 il əvvəl boşanan cütlük yenidən evlənir.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Hindistanda kütləvi toy mərasimi. Bunu xeyriyyə qurumu toy etməyə maddi imkanı çatmayanlar üçün keçirib. Belə ki, bir çox icmalarda qız evi bahalı hədiyyələr və başlıq pulu istəyir. Həmin gün 126 cütlük bir-birinə qovuşdu.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Qız Şanxaydan olan cütlüyün fotosessiyasında assistentlik edir.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Təhlükəsizlik xidməti ağ limuzində Bağdadda yoxlama-buraxılış məntəqəsindən keçən bəy-gəlini salamlayır.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Makedoniyada ənənəvi toy ayini zamanı bəyin dostu onun üzünü təraş edir. Pravoslavların Müqəddəs Pyotr bayramı zamanı toy 2 gün olur.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Toy mərasimində gəlin bəyin yanına gedir. Suriyadan olan bu cütlüyü evlənmək üçün Fələstinə dəvət ediblər, belə ki, bəy-gəlinin kökləri fələstinlilərə gedib çıxır.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

ABŞ-ın Kanzas ştatında tornadonun fonunda mehriban cütlük.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Gəlin Rumıniyanın Buxarest şəhərindəki “Zəfər tağı”nın qarşısında rəqs edir. Bu, Fransadakı “Zəfər tağı”nın eynisidir. “Qızqaçırdı” mərasiminin “qurban”ları bu tarixi abidənin önünə yığışırlar. Qədim rumın adət-ənənəsi hələ də yaşayır.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Pakistandan olan 20 yaşlı qız nikahın keçirildiyi kilsəyə getmək üçün dostlarının əhatəsində qohumlarını gözləyir.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO

Manilada güclü yağışdan sonra su basan küçədə yeni evlənənlər öpüşürlər. Əlverişsiz hava şəraitinə baxmayaraq gənclər toylarını təxirə salmır.

Qeyri-adi toy və sevgi etirafları - FOTO - VİDEO



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir