geyimler

Qısa boylu xanımlar necə geyinməlidir?

Baxış sayı: 1. 697

Qısa boylu xanımlar geyim seçərkən bir neçə nüansa xüsusi diqqət yetirməlidirlər. Elə modellər var ki, onlar qısa boylu xanımları daha da alçaq boylu göstərir.

“Gencaile.az” qısa boylu xanımlara vizual olaraq hündür görünməsini təmin edən gözəllik hiylələrini araşdırıb və bu qənaətə gəlib:

 

Köməkçi üsullar: Tək rəng paltarları seçin. Təpədən dırnağa tək rəng geyimlər qadını vizual olaraq “uzun və zərif” göstərir.

Şalvar və ətəklərin beli incə olmalıdır. Qalın kəmərlər taxmaq olmaz!

Yaxşı tikilmiş, əyninizə kip oturan düz paltarları seçin.

Paltarın üzərinizə necə oturmasına diqqət yetirin.

Düymələr, zəncirbəndlər və digər detalların olmasına diqqət yetirin.

Yüksək və incə dikdaban ayaqqabılar geyinin. İncə dikdaban ayaqqabılarda rahat deyilsinizsə, daha qalın dikdaban, rahat tanketkalara müraciət edə bilərsiniz.

Duruşunuza diqqət yetirin və dik getdiyinizdən əmin olun.

Əgər arıq deyilsinizsə, üfüqi xətli geyimlər seçməyin. Üfüqi xətlər, bədəni olduğundan bir az daha geniş göstərir.

 

Bunlardan uzaq durun!

Geniş paltar sizi daha iri göstərər.

Diz altı kaprilər və diz altı ətəklər qətiyyən sizin bədən tipinizə görə deyil.

 

Qısa boylu məşhurlar boyunun qısalığını necə ört-basdır edir?

Natali Portman qısa boyunu daha uzun göstərmək üçün super mini paltarları incə yüksək dikdabanlarla, çox uzun paltarları isə platforma dikdabanlarla geyinməyə üstünlük verir. Beləcə ayaqları boyunu daha uzun göstərir. Ümumiyyətlə, o, tək rəng paltarlar istifadə edir.

Penelope Kruz gündəlik həyatında belə əsla özünü olduğu kimi göstərmir. Uzun və enli balaqlı cinsləri platformalarla geyərək, boyunun qısalığını gizlədə bilir. Ya da çox qısa şortlar geyərək, ayaqlarınıı olduğundan uzun göstərir. Əsla kapri geymir. Çünki kapri qıç boyunu ikiyə bölür.

Salma Hayek balıq ətli amma mütənasib bədənə sahib olan qadındır, əksər hallarda dizin üstündə bitən paltarlar geyinir. Tək rəng geydiyi paltarlarının bellərini isə dar tutur. Bu şəkildə həm uzun boylu, həm də zərif görünür.

 

Uzun ayaqlar

Ayaqları uzun göstərmək üçün hündür dabanlar əlverişli çıxış yolu deyil. Belə ki, onların üstündə gəzmək heç də həmişə asan başa gəlmir. Ayaqlarınızı uzun göstərmək istəyirsinizsə, ilk növbədə qamətinizə fikir verin. Çiyinlərinizi düz saxlayın, sinə və buxağınızı qaldırın, qarın nahiyənizi dartın.

Bundan əlavə, sizə bir neçə vizual üsullar təqdim edirik: Hər zaman eyni rəng qammasında paltarlar geyinin. Geyim sizi iki kontrastlı hissələrə bölməməlidir. Ən əsası isə paltarda üfüqi xətlərdən uzaq olun. Ayaqqabılara gəldikdə, onların rəngi corabınızın rəngi ilə uyğun olmalıdır. Əgər siz açıq rəngli çəkmələr geyinmisinizsə, o zaman ət rəngli corab seçin. Dabanlarla da diqqətli olmaq lazımdır. Əgər baldırınız doludursa, çox nazik dabanlı ayaqqabılar seçməyin. Şişburun ayaqqabılar boyu bir az hündür göstərir, lakin siz alçaq boylusunuzsa, bu formadan da uzaq olun. Dabanın optimal hündürlüyü 7 santimetr olmalıdır.

Çəkmələrə gəldikdə isə, klassik modellər ayaqları uzun göstərir. Açıq rəngli eyni tonlu çəkmələr seçin. Onun boğazı isə orta uzunluqda olmalıdır. Şalvarlar barədə deyək ki, düz qara rəngli şalvarlar geyinin. Şalvarın ətəyi dabanı tam şəkildə örtməlidir. Siz həmçinin, tünd rəngli dar şalvar da seçə bilərsiniz. Uzun yubkalar isə sizə yaraşmaz. Həmçinin, kəsiklər də ayağı uzun göstərir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir