qisqancliq

Qısqanclığın öhdəsindən necə gəlmək olar?

Baxış sayı: 184

Əgər siz hələ də qısqanclığın böyük sevginin göstəricisi olduğunu düşünürsünüzsə, çox yanılırsınız. Psixoloqların fikrincə, “qısqanc” feli “itirməkdən qorxmaq” anlayışı ilə eynidir.

Bənzər bir hiss, qarşı tərəfdən kifayət qədər sevgi, məhəbbət və diqqət almadığınız zaman yaranır. Daim qorxu və şübhə içində yaşamaq mümkün deyil. Buna görə də qısqanclıqla mübarizə aparmaq lazımdır. Əks halda inamsızlıq və daimi iddialar ayrılığa səbəb ola bilər.

Sevdiyiniz insanla münasibətinizdən qsqanclıq hissini çıxarmaq qərarına gəlsəniz, mütəxəssislərin aşağıdakı tövsiyələrinə əməl edin:

1) Özünüzə etiraf etməlisiniz ki, partnyorunuzu qısqanırsınız. Hər hansı bir mənfi hiss üzərində işləmək üçün ən vacib məqam fərqinə varmağınızdır. Bunu anlayıb qəbul etdikdən sonra onunla mübarizə aparmaq üçün hansı üsullardan istifadə edəcəyinizi düşünə bilərsiniz.


2) Qısqanclığınızın səbəbini müəyyən etməyə çalışın. Bəlkə də partnyorunuz işdə tez-tez ləngiyir və sizə az diqqət yetirir. Bəlkə də qarşı tərəf artıq bir dəfə sizə xəyanət etdiyi üçün indi bu vəziyyətin təkrarlanmasından qorxursunuz. Qısqanclığın əsl səbəbini müəyyən etmək onun kökünü kəsmək üçün daha bir addımdır.

3) Qısqandığınız zaman yaşadığınız hissləri təsbit edin. Bu, narahatlıq, qorxu, paxıllıq, qəzəb və s. ola bilər.

4) Sevdiyiniz insana onu qısqandığınızı etiraf edin.Sadəcə etirafı özünü məhvetmə aktına çevirməyin (“mən pisəm”, “mən çirkinəm” və s.).

Çox vaxt özümüzə güvənmədiyimiz üçün can yoldaşımızı qısqanırıq. Hər şeydən əvvəl özünüzü bəyənməlisiniz. Yalnız bundan sonra partnyorunuz onun necə gözəl və cəlbedici sevgilisi olduğunu görə biləcək.

Bir hobbi tapın. Fikirləriniz mənfi düşüncələrdən yayındırmağın ən yaxşı yolu özünüzü bir işlə məşğul etməkdir. Oxumaq, yemək bişirmək, idman – istədiyinizi seçin. Sevdiyiniz insanı necə cəlb etdiyinizi diqqətlə düşünün.

 

Aysel Bayramova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir