qida

Mövsümi qidalanma: Oktyabr ayında mütləq bunları yeyin

Baxış sayı: 392

Payızın gəlişi ilə mətbəxlərdə minerallarla zəngin tərəvəz və meyvələr öz yerini tutmağa başlayıb. Bundan əlavə, oktyabr ayında balıq mövsümü öz yerini alır. Bəs oktyabr ayında hansı qidaları yemək lazımdır?

 

Balıq

Tərkibində omeqa-3 yağ turşuları olan palamut ürək-damar sağlamlığı üçün faydalıdır. Balıq pis xolesterini tarazlaşdırır və qan təzyiqini aşağı salır.

Üzüm

Bu meyvə tam bir antioksidant anbarıdır. Həzmsizliyi aradan qaldırır və döş xərçəngindən qoruyur.

Armud

Sinir sistemini və bağırsaq sağlamlığını tarazlaşdırır. İmmunitet sistemini gücləndirir.

Kinkan

Bu meyvədə limondan 20 dəfə çox C vitamini var.

Nar

Nar təbii ürək qoruyucudur. Tərkibində infarkt riskinə qarşı çoxlu antioksidant var.

Alma

Tərkibində C, A, K, B6 və E vitaminləri var.

Mandarin

İmmunitet sistemini gücləndirir və yeni hüceyrələrin əmələ gəlməsinə kömək edir.

Kök

Qış aylarının məşhur tərəvəzlərindən biri olan kök, tərkibindəki A vitamini və digər vitaminlərlə qaraciyərə faydalıdır.

Gül kələmi

C və K vitaminləri ilə zəngin olan gül kələmi fol turşusu ilə də zəngindir və qan şəkərini tarazlaşdırır.

Göbələk

Ən dadlı göbələk payız aylarında olur. Xolesterolu azaldır, maddələr mübadiləsini və bağırsaq sağlamlığını yaxşılaşdırır.

Kələm

Köpü aradan qaldıran güclü antioksidant olan kələm oktyabr ayının ən məşhur tərəvəzlərindəndir.

Şirin kartof

Anemiyaya yaxşı təsir edir, həmçinin dərinin daha parlaq görünməsinə kömək edir.

Badımcan

Pis xolesterolu azaldır və yaxşı xolesterolu artırır. Qan təzyiqini aşağı salır və lif baxımından çox yüksək bir qidadır.

Pirasa

Pirasa immunitet sistemi üçün faydalı olan vacib tərəvəzlərdən biridir. Tərkibindəki kalium, kalsium, fosfor, dəmir və maqnezium bir çox xəstəliyin qarşısını alır.

 

Aysel Şahmar




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir