tempratur

Qızdırmalı uşağı soyuq su ilə çimizdirməyin! – Valideynlərə xəbərdarlıq

Baxış sayı: 865

Qızdırma bədən istiliyinin normadan yüksək olması kimi qəbul edilsə də, həmçinin bədənə girən bakteriya, virus, toksin kimi yad cisimlərin səbəb olduğu xəstəliklərə immunitet sisteminin verdiyi reaksiyadır.

“Gencaile.az” Aile.lent.az-a istinadən valideynlərə uşağınız qızdırmalı ikən nələr edə biləcəklərini təqdim edir.

Uşaq yaşlarda peyvənd sonrası və diş çıxarma dövrlərində qızdırma daha çox yaşanır. Körpələrdə qızdırmaya nəzarət sistemi tam formalaşmadığından qızdırmanın sürətlə yüksəlməsi baş verə bilər.

Bədən istiliyi artdıqca ürək və tənəffüs sistemi də artdığı üçün daha çox enerji sərf edilmiş olur. Əsas orqanlara qan axını artır, qol və ayaqlar kimi bölgələrdə damarlar büzüşdüyündən bu bölgələrə qan axını azalır.

Hər qızdırmalı halda tez tələsik tərpənib dərmanla müdaxilə etmək düzgün deyil. Hətta soyuqdəymə, suçiçəyi kimi hallarda qızdırma olarkən dərhal dərman vermək infeksiya müddətini artıra bilər. Qıcolma halı keçirmə qorxusu olduğunda dərmandansa, digər üsullardan istifadə edib qızdırmanı tez aşağı salın və həkimə aparın.

Qızdırmalı uşağın paltarları tez çıxarılmalı, otağı havası sərinlədilməlidir.

Uşağa çox su verin.

Qızdırmalı ikən uşağı soyuq su ilə çimizdirmək, sirkəli su tətbiq etmək düzgün deyil.

Uşaqda qızdırma ilə yanaşı halsızlıq, dəridə göyərmə, qusma, ishal olarsa, tez bir zamanda həkimə çatdırın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir