Pasta Fusilli  with tomatoes, beef and basil in black bowl on table. Top view. Flat lay

Qovrulmuş makaronu belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 188

“Gencaile.az” saytının hər həftənin bazar ertəsi oxucularına təqdim etdiyi “Yeməyə nə var?” rubrikasında bu gün sizə qovrulmuş makaronun necə hazzırlanması haqqında danışacağıq.

 

İnqrediyentlər

1 paket makaron

3 x.q. yağ

1 ç.q.  istiot

1 ç.q. duz

 

Hazırlanma mərhələsi

Tavada yağ əridilir. Yarım paket burğu makaron əridilən yağın üzərinə boşaldılaraq qovurulur. Makaronlar qəhvərəngi olana qədər bu əməliyyata davam edilir. Sonra paketdəki digər makaronu da üzərinə əlavə edilərək isti su əlavə edilir. Duzu da əlavə edildikdən sonra qaynamağa qoyulur. Makaron bişdikdən sonra üzərinə istiot səpilərək servis edilir.

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir