rulet

Qozlu ruleti necə hazırlamalı?

Baxış sayı: 947

“Gencaile.az” saytı davamlı olaraq oxucularına yemək reseptləri təqdim edir. Bu dəfə şirniyyat sevən oxucularımızın ürəyincə olacaq yazı hazırlamışıq.  Beləliklə, bu gün sizə qozlu ruletin hazırlanma qaydası ilə tanış edəcəyik.

 

Tərkibi:

5 ədəd yumurta, 1 stəkan şəkər tozu, 1 stəkan un, 3 xörək qaşığı kakao, 1 paket vanil, 1 paket qabartma tozu, cem, qoz, 10 çay qaşığı süd.

Üzəri ucun şokolad və qoz.

 

Hazırlanması:

Yumurtanın sarısı ilə ağını ayırırıq. Ağını şirniyyatı hazırlayacağımız qaba əlavə edib 1 çimdik duz töküb çalırıq. Yumurtanın ağı bərkiyənə qədər çalıb, yavaş-yavaş yarım stəkan şəkər tozunu əlavə edirik. Şəkər tozunun qalanını yumurtanın sarısına əlavə edib onu da digər qabda çalırıq. Yumurtanın sarısı tam ağarana qədər çaldıqdan sonra 10 çay qaşığı qaşıq süd əlavə edirik.

Yumurtanın sarısı ilə ağını bir-birinə qatırıq və yaxşıca qarışdırırıq. Unu, vanili və kakaonu əlavə edib taxta qaşıqla qarışdırırıq. Sobanın listinə yağlı kağız yerləşdirib üzərinə isə qarışığı töküb yayırıq. Sonra sobaya yerləşdirib 12 dəqiqə bişiririk. Bişdikdən sonra sobadan çıxarıb isti-isti çay dəsmalının üzərinə çevirib bükürük. Soyuyanda yavaşca açıb içərisinə cem çəkirik və araların qoz tökürük. Yenidən büküb üzərini bəzəyirik. Üzərini şokolad və qoz qırıntıları ilə bəzədikdən sonra 30 dəqiqə kənarda saxlayırıq. Sonra kəsib süfrəyə veririk.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir