saxta baba piroqu

“Şaxta baba” piroqu – Xanımlar oxusun!

Baxış sayı: 1. 356

Tərkibi:

4 st. un

1/2 st. şəkər tozu

2 paket quru maya (20 q)

1 ç. q. duz

1/2 st. süd

1/4 st. su

100 q yağ

2 yumurta

2 kişmiş

2 yumurtanın sarısı

qırmızı qida boyası

İri qabda 2 st. un, şəkər tozu, maya və duzu qarışdırın.

Qazançada südü, suyu və yağı qızdırın, sonra quru qarışığa əlavə edib yaxşıca qarışdırın. Yumurtaları möhkəm çalın, unun qalanı ilə birlikdə xəmirə əlavə edin. Bir qədər bərk xəmir yoğurun. Üzərinə dəsmal çəkib isti yerdə 1 saat saxlayın. Həcmi iki dəfə artmalıdır.

Sobanı 180 dərəcə qızdırın. Xəmiri iki bərabər olmayan hissəyə bölün.

Böyük hissədən Şaxta babanın “papağı”nı və “sifəti”ni düzəldin.

Kiçik hissəni isə iki yerə bölün. Bir hissəsindən “saqqal” düzəldin. Qayçı ilə şəridlər kəsin, burun.

Xəmirin qalanından “bığ”, “burun”, “papağ”ın kənarını və “qotaz” düzəldin.

“Bığ”ı da şəridlərə doğrayın, “saqqal”ın üzərindən yerləşdirin, “burnu” isə “bığ”ın üstündən yapışdırın.

Qayçı ilə “gözlər” üçün yer açıb içinə kişmiş qoyun.

Ayrı-ayrı qablarda yumurta sarılarını çalın. Birinə qırmızı qida boyası qatın. Bunu Şaxta babanın “burnu”, “yanaq”ları və “papağ”ına çəkin.

O biri yumurta sarısını xəmirin qalan hissəsinə çəkin.

Üzərini yapışmayacaq tərzdə folqa ilə qapadın. 15 dəqiqə bişirin. Folqanı çıxarıb daha 10 dəqiqə bişirin.

Arzu edənlər alt hissəyə bir lay xəmir döşəyib, üzərinə sevdikləri ərzaqlardan iç (duzlu və ya şirin) qoyaraq, üzərinə xəmirin qalanından göstərilən qaydada “Şaxta baba” düzəldə bilərlər.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir