sızanaq

Sızanaqdan belə qurtulun! – Həkim məsləhəti – FOTO

Baxış sayı: 1. 906

Həkimlər sızanaqdan qurtulmağın daha təhlükəsiz metodunu göstərdilər.

Onlar deyirlər ki, bu metod ağrısızdır və sonradan sızanağın ətrafında qızartı yaranmasına səbəb olmur.

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, sızanağı sıxmaq, üzərindən basmaq qətiyyən olmaz. Çoxları sızanağın ətrafındakı dərini sıxır və bununla onu zədələyirlər, qızartı, yara əmələ gəlir.

Sızanaq ona görə yaranır ki, bədən infeksiyanı xaricə “itələməyə” çalışır.

Dərini zədələməmək üçün həkimlər barmaqlardan deyil, spirtlə dezinfeksiya edilmiş iynədən istifadəni məsləhət bilirlər.

İynəni dəriyə paralel tutub sızanağı deşmək lazımdır. İynə sızanağın ağ təpəsinin içindən keçməli, sağlam dəriyə toxunmamalı və onu zədələməməlidir. 306353_1




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir