avtomobil

Sizin avtomobiliniz sizi necə “tanıyır”?

Baxış sayı: 261

The Next Web saytının mütəxəssisləri avtomobillərin öz sürücülərini necə izlədiklərini, avtomobil şirkətlərinin isə bu məlumatları 3-cü şəxslərə necə satdıqlarının dərin analizini aparıblar.

General Motors” şirkəti ilk dəfə öz sürücülərini 1996-cı ildə izləməyə başladı. Öz məşhur OnStar xidmətindən istifadə edərək sürücülər avtomobillər ilə bağlı nasazlıqların sorğusunu göndərə, operatorla səs vasitəsilə əlaqə yaradaraq oğurlanmış avtomobili blok edə bilər. Bu xidmətin dəyəri aylıq 35$ təşkil edirdi. Lakin OnStar istifadəçilərdən onların xəbəri olmadan təkcə onların aylıq 35$-nı almırdı. Məlumatlar rəqəmsal texnologiyalar dövrünün valyutasıdır. Avtomobil istehsalçıları tərəfindən yığılan məlumatlar isə günlərin birində avtomobildən də dəyərli resursa çevrilə bilər. 2014-cü ildən bəri GPS sisteminə sahib olan avtomobillərin 100%-i gedilmiş marşrutların, avtomobillərin saxlandığı yerlərin məlumatlarını özlərində saxlayırlar.

Avtomobillər sürücünün nə qədər müddət ərzində avtomobilin daxilində olduğunu və sürücünün əsasən harda avtomobili park etdiyini bilirlər. Hal hazırda elə bir qanun yoxdur ki, bu cür məlumatları yığmaqda avtomobil istehsalçılarına qadağan etsin. 2017-ci ildə yalnız 21 avtomobil istehsalçısı bu məlumatların yığılmasında şəffaflığa riayət edəcəklərini və sürücülərdən razılıq alacaqlarını bildirmişdi. Bununla yanaşı bu cür qərar yalnız şirkətin nüfuzunu qaldırmaq üçün nəzərdə tutulmuş bir addımdır. Praktiki olaraq isə şəffaflıq sözünün altında nəyin gizləndiyini yalnız avtomobil istehsalçıları bilirlər.

Bununla yanaşı avtomobil istehsalçıları sürücünü qərar qarşısında qoyurlar: Məlumatların yığılmasına razılıq vermək və ya avtomobildə GPS ilə Wi-Fi-dan istifadədən imtina etmək. Yeni texnologiyalar sayəsində avtomobil istehsalçıları avtomobil daxilində olan kamera və mikrofonlar sayəsində məlumatları əldə edirlər. Avtomobilin xaricində ola ötürücülər sayəsində isə istehsalçılar sizin olduğunuz ətraf mühit barəsində məlumat yığırlar. Bir sıra avtomobillər sürücü üzünün skan texnologiyasına sahibdirlər. Apple CarPlay və Android Auto kimi tətbiqlər isə smartfonlarla inteqrasiya üçün və daxil olan zəngləri, mətnli ismarışları və s. kimi məumatları izləməkdə istifadə oluna bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir