dis copu

Stomatoloqdan diş çöpü XƏBƏRDARLIĞI

Baxış sayı: 143

Diş çöplərindən demək olar ki, hamı istifadə edir. Türkiyəli stomatoloq Alper Dilek diş çöplərini diş ipi və fırça ilə əvəz etməyi məsləhət görür. Həkim bildirir ki, ət məhsulları yedikdən sonra ağızın pH səviyyəsini qorumaq vacibdir:

“4 günlük Qurban Bayramında ət və şəkərli yeməklər süfərimizdə üstünlük təşkil edəcək. Vətəndaşlar süni şəkər məhsulları yerinə, öz evlərində hazırlanan şirniyyat məhsulları ilə bəslənə bilər. Xüsusilə ilə uşaqları süni şəkərin istifadə edildiyi məhsullardan uzaq tutun. Karbohidratlı qidaları mümkün qədər az qəbul edin. Günortalar dişlərini təmizləyə bilməyən vətəndaşlar ağzın pH səviyyəsini aşağı salan sərt meyvə və tərəvəz yeyə bilər. Bu məhsullar həm pH səviyyəsini aşağı salacaq, həm də dişləri təmizləyəcək. Bu, alma, yerkökü və xiyar ola bilər. Fındıq, pendir və şəkərsiz saqqız da dişlərin dostudur”.

 

Taxta diş çubuqları diş ətinin zədələnməsinə səbəb olur

Həkim taxta diş çöplərinin fəsadlarını belə izah edir:

“Diş arasında qalan ət qalıqlarını diş ipi ilə təmizləyin. Bu, daha rahat və daha faydalıdır. Əgər diş ipi yoxdursa, ət yeməklərindən sonra ağzınızı bol su ilə yuyun. Diş çöpləri isə diş əti və sağlam dişlərə zərər verə bilər. Ağızda protezi olan vətəndaşlar onu ət və şirniyyat yedikdən sonra yaxşı yumalıdır.

Ət yeməklərindən sonra səhər ağızdan pis qoxu gələ bilər, bu qoxunu aradan qaldırmaq üçün dil təmizləyicisi istifadə edin. Dişlərdə qalan ət taxta diş çöpləri ilə təmizlənməməlidir. Çünki diş əti toxumaları çox həssasdır. Oraya təzyiq göstərdiyiniz zaman reaksiya verir və geri çəkilir. Taxta diş çöpləri bir müddətdən sonra diş ətlərini zədələyir, asanlıqla aşağı və yuxarı qalxır, müəyyən bir müddətdən sonra isə tətbiq etdiyiniz boşluq genişlənir. Bu, oraya daha çox qalıqların qaçmasına səbəb olur. Odur ki, diş ipi istifadəsini tövsiyə edirik”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir