c47571

Sürət həddini nə qədər aşsanız, nə qədər ödəməli olacaqsınız?

Baxış sayı: 228

Hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 151-1-ci maddəsi sürət həddinin aşılma dərəcəsinə görə dörd səviyyədə məsuliyyət nəzərdə tutur:

10-20 km/saat həddində aşıldıqda – 10 manat cərimə;

20-40 km/saat həddində aşıldıqda – 50 manat cərimə və 2 cərimə balı;

40-60 km/saat həddində aşıldıqda – 150 manat cərimə və 3 cərimə balı;

60 km/saat-dan yuxarı həddə aşıldıqda – 250 manat cərimə və 4 cərimə balı.

Göründüyü kimi, sürət həddinin əvvəlki aşılma dərəcələrinin yuxarı həddini bildirən rəqəmlə növbəti aşılma dərəcələrinin aşağı həddini bildirən rəqəm eynidir. Yəni sürücü, məsələn, sürət həddini düz 20 km/saat aşmış olduqda onun İXM-in 151-1.1-ci maddəsi üzrə 10 manat məbləğində, yoxsa İXM-in 151-1.2-ci maddəsi üzrə 50 manat məbləğində cərimə və 2 cərimə balı  ilə tənbeh edilməli olması məsələsi bəzən mübahisələr doğurur. Düzdür, biz hesab edirik ki, belə hallarda sürücünün məsuliyyəti aşağı həddə uyğun müəyyən edilməlidir (misal çəkdiyimiz halda sürücüyə 10 manat cərimə yazılmalıdır). Lakin təcrübədə bunun əksini düşünənlər və həmin vəziyyətə fərqli hüquqi qiymət verənlər də var.

Yeni İnzibati Xətalar Məcəlləsi belə mübahisələrə birdəfəlik son qoymaq üçün sürət həddinin əvvəlki aşılma dərəcəsinin yuxarı həddini bildirən rəqəmi növbəti aşılma dərəcəsinin aşağı həddini bildirən rəqəmdən aydın şəkildə fərqləndirir. Yeni Məcəllənin layihəsində sürət həddini aşmaya görə məsuliyyət belə müəyyən edilir.

Yolda müəyyən edilmiş sürət həddi:

10-20 km/saat həddində aşıldıqda – 10 manat cərimə;

21-40 km/saat həddində aşıldıqda – 50 manat cərimə və 2 cərimə balı;

41-60 km/saat həddində aşıldıqda – 150 manat cərimə və 3 cərimə balı;

61 km/saat-dan yuxarı həddə aşıldıqda – 250 manat cərimə və 4 cərimə balı.

Yeni Məcəllənin mayın 1-dən qüvvəyə minəcəyi gözlənilir.




1 şərh “Sürət həddini nə qədər aşsanız, nə qədər ödəməli olacaqsınız?

  1. Feyruz

    Burada köhnə Məcəlləyə istinad etmisiz. Yeni Məcəlləyə buradan baxa bilərsiz.
    http://e-qanun.az/code/24
    Sürət həddini aşmaya görə cərimələr bu maddədə göstərilib:

    Maddə 328. Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma

    328.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə-
    on manat məbləğində cərimə edilir.
    328.2. Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-
    əlli manat məbləğində cərimə edilir.
    328.3. Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə-
    yüz əlli manat məbləğində cərimə edilir.
    328.4. Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə-
    iki yüz əlli manat məbləğində cərimə edilir.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir