yemek

Sürətlə arıqlamaq üçün naharda nə yeməli?

Baxış sayı: 89
Arıqlamaq və ya ideal kiloda qalmaq üçün naharın əhəmiyyətini artıq demək olar ki, hər kəs bilir. Ancaq səhər yeməyində nə yediyiniz də önəmlidir. Elm adamları səhərlər yeyildikdə sürətlə arıqlamağa kömək edən qidaların adlarını açıqlayıblar.
Bəzi insanlar naharı yüngül qidalarla ötüşdürür, axşam yeməyində daha ağır, kalorili qidalar yeyir. Bu, yanlış seçimdir. Səhərlər yaxşı qidalanmaq lazımdır. Axşamlar isə əskinə, xəfif yeməklərə üstünlük verməlisiniz.
Yaxşı səhər yeməyi gün içərisində özünüzü daha enerjili hiss etməyinizə səbəb olmaqla yanaşı, sizi tox saxlayıb, çox yeməkdən çəkindirəcək.
Taxıllardan hazırlanan səhər yeməyi
Səhərlər bu qidanı süd və ya su, bal əlavə edib yeyə bilərsiniz. Şəkər tozundan istifadə etmək olmaz. Diyetoloqlar böyük kəsilmiş səhər yeməyi tövsiyə edirlər. Onu kasaya tökdükdə çox görünür, ancaq az kalori ehtiva edirlər.
Yulaf kəpəyi
Yulaf kəpəyinin dadlı olmadığını düşünə bilərsiniz. Ancaq onu süddə 2 dəqiqə bişirib (və ya suyla 1 dəqiqə bişirib 1 qaşıq bal əlavə edərək) yedikdə dadının elə də pis olmadığını görəcəksiniz.
Həm sağlam, həm də formada olmaq üçün naharda yulaf kəpəyi yemək vacibdir. Yulaf kəpəyinin tərkibindəki liflər uzun müddət tox saxlayır. Üstəlik, şirniyyata meyil etməyinizin qarşısını alır.
Nahar üçün böyük boşqablar seçin
 
Nahar yeməyini daha böyük boşqabda yemək beyninizə çox yediyinizlə bağlı siqnal göndərəcək. Ancaq boşqabı sağlam qidalarla dolduracağınız üçün az kalori alacaqsınız.
Üstəlik, səhərlər 700 kaloriyə kimi qəbul etmək sizi kökəltməz. Təbii ki, günorta yeməyində 500, axşam yeməyində 200 kaloriylə kifayətlənməyiniz şərtiylə.
Araşdırmalar göstərib ki, səhərlər 700 kalori, axşamlar 200 kalori qəbul edənlər, bunun əksini tətbiq edənlərdən 2 dəfə daha tez arıqlaya bilirlər.
Erkən saatlarda zülal qəbul edin
Aclıq böhranlarının qarşısını almaq və iştahanı azaltmaq üçün səhərlər zülal ehtiva edən qidalar da yemək olar.
Kolumbiya Universitetində aparılan tədqiqatlar göstərib ki, səhərlər tərkibində zülal olan qidalar yedikdə orqanizmdə toxluq hissi yaradan amin turşuları istehsal edilir.
Səhərlər iki ədəd yumurta yeyin!
Yeni aparılan araşdırma sübut edib ki, səhərlər 2 ədəd yumurta yemək arıqlamağa kömək edir. Hətta bu pəhriz zamanı çörəyi menyudan çıxarmaqdan daha effektli üsuldur.
Bu yumurtanın zülalla yanaşı, “kolin” adlı maddə ehtiva etməsiylə bağılıdır. Zülal aclıq hissini yox edərkən, kolin beynin yorulmasının qarşısını alır və enerjinin azalmasına imkan vermir.
Fıstıq əzməsi
 
Asan hazırlanan və sağlamlıq üçün yararlı bir digər nahar yeməyi isə fıstıq əzməsidir. 1-2 dilim fıstıq əzməli çörək dilimi yemək olar. Ancaq fıstıq əzməsini az çəkməlisiniz. Çünki bir xörək qaşığı fıstıq əzməsi 190 kalori deməkdir.
Bu qida insanı tez doyuzdurur və günorta yeməyində kalorili qidalardan uzaq durmağınıza kömək edir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir