sviter

Sviteri maraqlı göstərən 8 ideya

Baxış sayı: 1. 435

Sviter gündəlik qış qarderobunun əvəzolunmazı olsa da, onu dəblə geyinməyin müxtəlif variantları var.

Maraqlı olacağını nəzərə alıb, sviteri maraqlı göstərən 8 ideyanı təqdim edir. Bu ideyalar sizin gündəlik qış obrazınızı müxtəlifləşdirməyə kömək edəcək:

 

Yay donu + sviter

Yüngül yay donlarından ayrılmaq istəmirsiniz? Heç lazım da deyil! Çünki onunla qalın sviterin təzadı həmişə əla görünür.

 

Sviter + boyunbağı və ya yaxa sancağı

Sviterlə cansıxıcı görünmək istəmirsiniz? Onda onu cəlbedici kulonu olan boyunbağılar və yaxa sancağı ilə zənginləşdirin. Üstəlik, burada heç bir məhdudiyyət yoxdur.

 

Sviter + balağı qatlanmış cins şalvar

Sviterlə açıq cinslər bir-biri ilə təkrarolunmaz ahəng yaradırlar. Qeyd edək ki, cinslərin balağını qatlamaq bu il dəbdədir!

 

Sviter + boyun yaylığı

İpək şərf boynunuzu həm soyuqdan qoruyacaq, həm də zərifliyinizi vurğulayacaq.

 

Sviter + düyməli köynək

Köynək istənilən sviterə ciddi görkəm qatacaq. Bu eksperimenti aparmaqdan qorxmayın. Çünki köynəklə sviterin birləşməsi ən uğurlu dəb duetidir.

 

Sviter + çoxqatlı və ya büzməli yubka

Sviterlə büzməli yubkalar xüsusilə qəşəng görünür. Obrazın effektli alınması üçün belinin incəliyini vurğulayan kəmər əlavə etməyi unutmayın.

 

Sviter + böyük saat

Böyük siferblatlı kişi saatı ilə toxunma köynək çox gözəl uzlaşır.

 

Sviter + ağ futbolka

Ağ futbolkanı çox qısa sviterlə birləşdirərək ona ikinci “həyat” vermək olar. Bu qarışıq obrazınızla sanki qışın şaxtasına etinasız yanaşdığınızı nümayişkəranə şəkildə bəyan edəcəksiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir