Zumrud Haqverdiyeva

Təlimdə düzgün əlaqənin əhəmiyyəti – “SEANS VAXTI”

Baxış sayı: 451

Təlimdə öyrədən şəxsin bir sıra özəllikləri vardır. Onlardan ən önəmlisi, həmin təlimçinin “Sükunət” halıdır. Niyə?

Çünki təlim verdiyi zaman, özünü ora-bura vuran, nəfəsini düzgün idarə edə bilməyən, dağınıq halda olan və bunun fərqində olmayan bir şəxs, şagirdə hər hansı bir şəkildə xitab edə bilməz. Bu sadəcə davranışda olmamalıdır. Şagirdə müraciət edərkən, sakit davranmalı, tək-tək izah etməli, şagirdin anlayıb-anlamadığının fərqinə vardıqdan sonra, təlimə davam etməlidir. Lakin təlimi verdiyi zaman, tez-tez danışan, ifadələri düzgün səsləndirməyən, tez-tez danışdığı üçün, öz narahatlığını tez bir zamanda şagirdə də ötürəcəkdir.

Müəllim, düzgün xitab etməyi bacaran, şagirdlə düzgün ünsiyyət qurmağı bacaran, şəxsdir. Müəllim şagirdlərlə yanaşı, onların valideynləri ilə də düzgün ünsiyyət qurmağı bacarmalıdır. Əgər müəllim şagirdin davranışı və dərsi haqqında valideyninə şikayətçi formada ifadələr işlədərsə, həmin müəllim yalnız uşağa deyil, ailənin təməlinə də ziyan vurur.

Valideynlər müəllim seçərkən, sadəcə “disiplinli” olması haqda daha çox diqqət edirlər. Uşağı ilə necə ünsiyyət qura bilməsinə önəm vermirlər.  Əsas məsələ burda valideyn üçün uşağın dərslərini öyrənməsi olur. Lakin düşünmürlər ki, bəzən müəllimdən qorxduqları üçün qarışqa kimi çalışırlar. Eyni zamanda uşağın dərsini öyrənməsi ilə yanaşı, onun müəlliminin düzgün ünsiyyət bacarığının olması həyati məsələdir.

Müəllim bəzən yalnış ünsiyyət yolunu seçirlər. Şagird öz fikrini ifadə etmək istədiyi halda, “Sakit dayan” “Sən uşaqsan” tipli ifadələr işlədirlər vəya uşağı alçaldacaq formada xitab edirlər

Ən pisi də odur ki, bunu müəllimlər arasında müzakirə edirlər, sanki doğru yolmuş kimi.

Hər yerdə bəzən gərəksiz mövzular haqqında daha çox danışılır. Bunun yerinə, müəllimin şagirdlə düzgün ünsiyyət yolundan danışılmalıdır. Çünki belə olduqda müəllimlər üçün də düzgün yol göstəriləcəkdir. Eyni zamanda səhv yol seçən müəllimlər üçün də fərqindəlik yaradacaqdır.

 

 

Zümrüd Haqverdiyeva

“Bilmed Psixologiya, Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir