ramal

Türkiyədəki legionerimiz: “Mən subay olanda evimizdə “komandir” anam idi” – MÜSAHİBƏ

Baxış sayı: 1. 966

“Gencaile.az” saytının “Ailəndən danış” rubrikasının budəfəki qonağı Azərbaycan futbolunun tanınmış siması olan, hazırda Türkiyənin “Arhavispor” klubunda çıxış edən Ramal Hüseynovdur.

 

– Valideynlərinizin futbolçu olmanıza münasibəti necə idi?

– Normal qarşılamışdılar. Atamın özü də futbolçu idi. Bu səbəbdən də mənim bu idman növü ilə məşğul olmağıma etiraz etməmişdilər.

 

– Atanızın futbolçu olması seçiminizə nə dərəcədə təsir etmişdi?

– Mən əvvəl kikboksinq ilə məşğul idim. Günlərin birində təsadüfən futbolla məşğul olan uşaqları gördüm. Elə həmin anda məşqçiyə yaxınlaşdım və onlara qoşulmaq üçün icazə istədim. Məşqçi də buna etiraz etmədi və beləcə futbola gəlişim baş tutdu.

 

– Maraqlıdır, futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?

–  Futbolçu olmasam, yəqin ki, kikboksinq ilə məşğul olardım.

ramal h

–  Ailə həyatı qurmağa hazırlaşanda gələcək həyat yoldaşınız futbolçu ilə ailə qurmağa tərəddüd etmədi ki?

–  Yox, bu baxımdan heç bir problem olmadı, çünki həyat yoldaşım məni tanıyır, kimlə ailə qurduğunu bilirdi.

 

–  Bir futbolçu üçün ailə qurmağın mənfi və müsbət tərəfləri hansılardır?

–  Ailəyə istənilən qədər vaxt ayırmaq imkanının olmaması yeganə problemdir. Müsbət tərəfləri isə yetərincədir.

 

– Futbol adamları daim diqqət mərkəzində olan insanlardır. Maraqlıdır, həyat yoldaşınızdan bu səbəbdən qısqanclıq hiss edirsinizmi?

– Fikirimcə, qısqanclıq sevginin göstəricisidir. Qısqanclıq hissi olmayan yerdə sevgi də yoxdur. Təbii ki, həyat yoldaşım da məni qısqanırdı, ancaq ona qalan elə qısqanmaq olurdu.

 

– Səmimi deyin, evdə “komandir” kimdir?

– Məni tanıyanlar yalan danışmağı xoşlamadığımı bilirlər. Evin “komandir”i də, “rəis”i də mənəm, ancaq subay olanda evimizdə “komandir” anam idi.

Ramal huseynov

– Futbol adamları adətən evdən kənarda olur. İndinin özündə də sizdə vəziyyət fərqli deyil. Mövsümün əvvəlindən Türkiyədə legioner həyatı yaşayırsınız. Ailənizdən uzaqda olmaq sizin üçün hansı problemləri yaradır?

– Mənim üçün ən böyük problem ailəm üçün darıxmağımdır.

 

– Övladınızın futbolçu olmasını istərdinizmi?

– Düzü, Azərbaycanda futbolçu olmasını istəəmərəm, çünki mənim çəkdiyim əziyyəti çəkmələrini istəmirəm. Amma başqa ölkədə olsaydı, futbolçu olmalarını istərdim.

 

– Futbolçu karyeranızla bağlı ən çox hansı məqama görə təəssüflənirsiniz?

2– “Bakı”da çıxış edəndə “Neftçi”dən təklif almışdım. Həmin vaxt flaqmanda mənə “torba tikiləcəyini” bilsəm də, “Neftçi” ilə müqavilə bağlamışdım. Bu seçimim üçün təəssüf hissi keçirirəm. Bundan başqa, “Qarabağ”dan “Bakı”ya keçidimi də səhvim kimi qiymətləndirə bilərəm.

 

–  Futbolçu həyatınızda yəqin elə hadisələr olub ki, indi də xatırlayanda gülməyə bilmirsiniz

– “Standard”da çıxış edəndə oyunların birindən sonra Böyükağa Hacıyev Xəzər TV-yə açıqlama verirdi. Həmin vaxtda mən qaradərili komanda yoldaşımla zarafatyana dalaşırdım, onu “döyürdüm”. Bu vaxt operator baş məşqçimizin açıqlamasını efirə vermək əvəzində bizim “davamızı” çəkmişdi. Komanda yoldaşımı “döydüyüm” an efirdə yayımlanmışdı.

Futbol karyeramda maraqlı, unuda bilmədiyim anlardan biri də meydana butsi geymədən çıxdığım məqam idi. Bu hadisə “Qarabağ”da forma geyəndə olmuşdu.

 

 

Söhbətləşdi: Tural Məmmədov

ramal h

ramal




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir