Islam

“Ürək xəstəliklərinin cavanlaşmasının əsas səbəblərindən biri…” – KARDİOLOQLA MÜSAHİBƏ

Baxış sayı: 1. 291

“Gencaile.az” saytının “Həkimim” rubrikasının budəfəki qonağı “Diaqnoz” Tibb Mərkəzinin və AYS MED klinikasının kardioloqu İslam Əzizovdur.

 

– Ürək xəstəliklərinin cavanlaşması tez-tez müzakirə olunur. Bu məsələdə mütəxəssislər bir çox amillərin üzərində dayanırlar. Siz xüsusilə hansı məqamə fərqləndirərdiniz?

Ürək xəstəliklərinin cavanlaşmasının əsas səbəblərindən biri gənclərin həddindən artıq əsəbi gərgin olmaları, hipodinamik fəaliyyəti və zərərli vərdişlərindədir.  Bunda siqaret, enerji içkiləri və narkotiklərdən istifadənin böyük rolu var.

 

 – Ürək xəstəlikləri əsasən nələrdən, hansı səbəblərdən yaranır?

Ürək xəstəliyinin yaranma səbəbi düzgün qidalanmamaq ola bilər. Həmçinin fiziki hərəkətsizlik və  bir çox amillərdən yarana bilər. Eyni zamanda irsi amillərin də böüyk rolu var.

 

– Qulaqcıqlar arası çəpər defektinin bağlanması, qapaqlarda olan daralmaların aradan qaldırılması kimi əməliyyatlar artıq ölkəmizdə də qapalı əməliyyat kimi həyata keçirilir. Bu cür hallarda xəstənin itirilməsi riski açıq əməliyyatla müqayisdə nə qədər azaldılmış olur? Qapalı əmliyyatın hansı üstünlükləri var?

Qulaqcıqlar arası çəpər defektlərinin bağlanması əməliyyatının erkən dövürdə keçirilməsi ölüm faizin azalmasına səbəb olur.

 

– Oxucularımızdan biri soruşur ki, ürəyimdə aktiv hərəkət zamanı döyüntülünü xeyli artdığını hiss edirəm. Arabir ürəyimdə ağrılar da olur. İndi 30 yaşım var, Uşaqlıqda mənə ürk qapağımda müəyyən problemlərin olduğu bildirilmişdi? Nə etməliyəm?

Oxucuya cavabım belədir ki, belə hallada mütləq kardioloqa müraciət etməlidir.

– Başqa bir oxucumuz deyir ki, ürək qapağının birinci və ya ikinci dərəcəli prolapsı nə qədər ürək xəstəliyi kimi qiymətləndiriə bilər? Bu halın aradan qaldırılması, müalicəsi necə həyata keçirilir?

Əgər bu hal xəstədə ürək çatışmazlığı yaradır və aktiv həyat tərzi yaşamağa mane olursa, bu zaman ürək əməliyyatı ilə qüsur aradan götürülməlidir.

 

– Enerji içkiləri sürətlə həyatımıza daxil olur. Bir çox mütəxəssislər bu içkilərin ürək xəstəliklərinə yol açdığını bildirir. Ürək üçün nə qədər təhlükəlidir bu içkilər?

Enerji içkilərinin tərkibində 7 cür maddə var ki, bu maddələrdən kofein və taurin daha çoxdur. Onlar beyin və ürək fəaliyyətini normadan 5-6 dəfə çox artırır bu da qəfləti ölümlərə səbəb ola bilər.

 

– Psixoloji narahatlıqlar, stressli iş ürəkdə də narahatlıqlara səbəb olur yəqin ki… Belə həyat tərzinə məcbur olanlar hansı profilaktik tədbirlər görə bilər?

Stresli iş və psixoloji narahatlığı olan insanlar qida rasionuna fikir verməlidir. İldə ən azı 2 dəfə kardioloqa müraciət etməlidir.

 

-Sonda ürəyimizdən necə muğayat olaq?

Ürək-damar sisteminin problemlərindən uzaq olmaq istəyirsinizsə sağlam həyat tərzi keçirməli: düzgün qidalanmalı, aktiv fiziki həyat tərzi keçirməli, pis vərdişlərdən və stresdən uzaq durmalısınız. Həyata pozitiv yanaşmalısınız. Mütəmadi olaraq profilaktika məqsədilə kardioloq müayinəsindən keçməlisiniz.

 

 

Söhbətləşdi: Mətin




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir