USAQLAR

Uşağınız niyə aqressivdir?

Baxış sayı: 459

Valideynlərin “indi belə edirsə, gör gələcəkdə nə olar!?” qorxusu 

 

Uşaqlar bəzən ananın istəmədiyi və düzgün olmayan hərəkətlər edir, səhvini  anlasa belə buna əks reaksiya göstərərək çox əsəbi olur. Bəzən isə istədikləri hər şeyi etməyə çalışırlar və valideynləri buna qarşı çıxdıqda onlar daha da aqressivləşirlər.

Uzman-pediatr Altay Abdullaoğlunun sözlərinə görə, adətən 2 yaşındakı uşaqlar belə sərt reaksiya verirlər.

Altay Abdullaoglu

Abdullaoğlu bu zaman validyenlərin üzərinə düşən öhdəliklərdən də  danışdı:

“Onlarla inadlaşmayın. Bu vəziyyətə qalib və yaxud məğlub olacağınız müharibə kimi baxmayın.

Diqqətini və marağını başqa istiqamətə çevirməyə çalışın.

Onunla mübahisə etməyin, səbrlə əsəbinin keçməsini gözləyin. Bu müddətdə ona qarşı laqeyd olun.

Uyğunsuz davranışları bitdikdən sonra yenidən maraqlanın. Niyə onun istədiyini etmədiyiniz barədə danışın”.

usaqlar

Pediatr valideynlərin bəzən gələcək qorxusunun uşaqlar üzərində unudulmaz izlər buraxdığını bildirir.

“İndi belə olsa, gör gələcəkdə nə olar!” qorxusuyla 2 yaşlı övladınızı cəzalandırmayın. Unutmayın ki, bu yaşda duyğular çox dəyişkəndir. Anidən ağladıqları kimi bir anda da susa bilərlər. Bu yaş dövründə körpənin diqqətini başqa istiqamətə yönləndirmək asandır”, – deyə Altay Abdullaoğlu qeyd edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir