Uşağınızın saçlarını sıx yığmayın – Valideynlərin nəzərinə!

Baxış sayı: 385

Hər bir ana qızının gözəl görünməyini istəyir. Bunun üçün analar qızlarına gözəl donlar geyindirir, müxtəlif qeyri-adi saç düzümləri edirlər. Lakin “gözəllik qurban tələb edir” şüarını uşaqlara şamil etmək düzgün deyil.

Belə ki, bəzi analar kiçik yaşlı qızlarının başında quyruqcuqlardan və xörükcüklərdən ibarət olan qəribə “konstruksiyalar” düzəldir. Uşağın nazik ipək kimi olan saçları, baş dərisi dartılır, çox sıx vəziyyətdə qalır. Bu isə müxtəlif pozulmalara səbəb olur. Dünya trixoloqları (saç xəstəlikləri ilə məşğul olan mütəxəssislər) məhz “quyruq” və hörük tipli saç düzümləri saçlar üçün ən ziyanlı hesab edir. Fikir verin ki, burada söhbət böyüklərdən gedir. Hətta böyüklərin saçları belə gərginliyə tab gətirə bilmir, korlanır, tökülməyə başlayır. Uşaqların saçları isə qat-qat nazik və zəifdir ki, onların saçları üçün bu tip saç düzümləri daha da ziyanlıdır.

Nəticədə daim belə saş düzümü ilə gəzən kiçik yaşlı qızların saçları kütləvi şəkildə tökülməyə başlayır. Valideynlər isə bunun səbəbini digər pozulmalarda axtarmağa başlayırlar (anemiya, vitamin çatışmazlığı və s.). Uşaq vaxtında korlanmış saçlar böyüyəndə də tam bərpa olunmur və seyrək və zəif olur.

Saçların korlanmasından əlavə belə sıx saç düzümləri baş dərisinin qan dövranını  pozulur, uşaqları “səbəbsiz” baş ağrıları narahat edir.

Pediatrlar 10 yaşına kimi olan qız uşaqlarının saçlarını sıx yığmağa, sıx rezinlərdən, müxtəlif sıx sancaqlardan istifadə etməyə tövsiyə etmir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir