Uşaq oğurluğunun azalması üçün valideynlərə 10 MƏSLƏHƏT – MÜTLƏQ OXUYUN

Baxış sayı: 1. 285

Son zamanlar uşaq oğurluğu ilə bağlı müxtəlif məlumatlar yayılır. Bundan narahat olan valideynlər nə edəcəklərini, hansı tədbirləri görəcəklərini bilmirlər. “Gencaile.az” Aile.lent.az-a istinadən uşaq oğurluğunun azalması üçün valideynlərə 10 məsləhət təqdim edir. Bunları mütləq bilməlisiniz, əziz ata-analar!

− Uşaqlarınıza şübhəli, təhlükəli yerlər haqqında məlumat verin. Kimsəsiz küçələr, inşaat tikililəri və tərk edilmiş yerlərə getməməli olduqlarını öyrədin.

− Uşağınıza tanıdığı şəxs belə olsa, sizin icazəniz olmadan onunla getməməli olduğunu öyrədin.

− Uşaqlarınızı tənbeh edin ki, tanımadığı şəxslərdən yemək, içki, dərman kimi maddələr almaq olmaz.

− Uşağınıza çətin zamanda düşdüyü an qışqıraraq kömək istəyə biləcəyini deyin.

− Uşağınıza adını, soyadını, ailə üzvlərinin ad, soyadını, ünvanını öyrədin. Şəxsiyyət vəsiqəsini yanlarında gəzdirməyi vərdiş etsinlər.

− İnternet və sosial şəbəkələrdə tanımadığı şəxsə şəkil, məktəb və digər şəxsi məlumatlarını göndərməməyi öyrədin.

− Uşaqlarınıza evdə yalnız qaldıqlarında tanımadıqları kimsəyə qapı açmamağı tapşırın.

− Uşaqlarınız parkda və bayırda oyun oynayarkən həmişə izləyin. Gün içində nə etdiklərindən xəbərdar olun. Dostlarının və onların ailələrinin adlarını, telefonunu, ünvanlarını öyrənin.

− Uşaqlarınıza polisləri güvənilə biləcək biri kimi tanıdın və məktəb, xəstəxana, polis şöbəsi, məscid kimi yerlərdən yardım istəyə biləcəyini söyləyin.

− Uşağınızı kiməsə əmanət etməli olduğunuzda həmin insanla mütəmadi əlaqə yaradın.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir