usaq

Uşaqlar niyə dəcəllik edir? – ARAŞDIRMA

Baxış sayı: 1. 637
Türkiyəli uşaq psixoloqları müəyyənləşdirib ki, 3-11 yaşlı uşaqların valideynlərinin sözünə qulaq asmaması, onları incitməsi daha çox onların diqqət çəkmək cəhdi ilə bağlıdır. 
Xüsusən anaların iş qadını olduğu bu zamanda uşaqlar onlardan “oğurlanan” vaxta görə mübarizə aparırlar. Psixoloqlar müəyyən edib ki, uşaqlar bu cür asi davranışları ilə analarının onlar barədə daha çox düşünməsinə nail olmaq istəyir.
Araşdırmaya rəhbərlik edən psixoloq Nadir Özdilek açıqlayıb ki, analar məhz uşaqlarının əcaib hərəkətlərindən sonra sanki silkələnir: “Analar məhz bu zaman uşaqlarına az vaxt ayırdıqlarının fərqinə varır və onların tərbiyəsinə, davranışına xüsusi diqqət ayırır. Amma uşaq bunu daim təkrarlayırsa, onu psixoloq yanına aparmaq lazımdır”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir