sevgi

Uzunömürlü sevgi istəyirsiniz? – BUNLARA DİQQƏT

Baxış sayı: 532

Təəssüflər olsun ki, sevgilər vaxt keçdikcə azalır və ilk günkü həyacanını, sehrini itirir. Bir müddətdən sonra iki insan arasındakı sevgi qığılcımı sönür. Siz sevginizin soyumasından qorxursunuzsa, psixoloqların verdiyi məsləhətləri mütləq nəzərə alın.

Sirdaş 

Nə qədər uzun müddət birlikdə olsanız da, bir-biriniz haqqında hər şeyi öyrənməyiniz mümkün deyil. Bir gücə təşkil edin sərgüzəştləriniz, keçmişdə başınıza gələn axmaqlıqlar haqqında söhbət edin. Yanınıza pivənizi də alıb uşaqlıq illərində baş verən gülməli hadisələr haqqında danışın. Heç kimə demədyiniz sirlərnizi bir-birinizlə bölüşün. Sirlər insanları bir-birinə bağlayır, həm də doyunca əylənəcəksiniz.

Çılğınlıq 

Münasibətləri alovlandırmaq o qədər də çətin iş deyil. Birlikdə adrenalin dolu işlərlə məşğul olun. Məsələn, paraşütlə tullana, atda gəzə bilərsiniz. Bunları etmək mümkün deyilsə, lunaparkda ən təhlükəli oyuncaqlardan birinə minin. Heç şübhəniz olmasın, bu məşğələlər sizi avtomatik olaraq bir-birinizə daha da yaxınlaşdıracaq.  

Ehtiyac

Onunla uyğunlaşmağa çalşın, sizə ehtiyacı olduğunu unutmayın. Getmək istədiyi konsert, oynamaq istədiyi və ya izləmək istədiyi film varsa, ona yoldaşlıq edin. Xobbilərinə maraq göstərməyiniz onu həm həyacanlandıracaq, həm də sevindirəcək. Sevdiyiniz insanı xoşbəxt etmək üçün bir neçə axmaq film izləyə bilərsiniz.

Dostlarını yığın! 

Onun  və sizin dostlarınızın yığışa biləcəyi yığıncaq təşkil edin. Onların bir yerə yığışıb tanış olması sizi də bir-birinizə yaxınlaşdıracaq. Belə də həm də dostlarınız, həm də sevginizlə görüşə biləcəksiniz.

İlk görüş 

İlk görüşlər çox əhəmiyyətlidir. Ona kiçik sürpriz etmək istərdinizmi? İlk görüşünüzü yenidən təkrarlayın.  Gözəl məkanda axşam yeməyi yeyin. Saçımız, makiyajınız, geyimizlə mükəmməl görünməyə çalışın. İlk görüşdəki kimi həyacanlandığını görüb bundan zövq alacaqsınız.

Kiçik hədiyyə

Ona hər zaman sizi xatırladan kiçik hədiyyə verin. Hədiyyə ilə onu həm sevindirəcəksiniz, həm də sizi unutmasına imkan verməyəcəksiniz. Bir güllə iki quş vuracaqsınız…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir