varikosel09

Varikosel nədir?

Baxış sayı: 2. 949

varikosel09

Varikosel kişi sonsuzluğunun əsas səbəblərindən biridir. Sonsuzluq şikayəti ilə müraciət edən kişilərin 40%-da, ümumi populyasiyada 15-20 % arasında varikoselə rast gəlinir. Amerikada hərbi xidmətə gedənlərin 20%-də varikosel görülür. Varikosel xayalardan çirklənmiş qanı geri daşıyan damarların hədsiz genişlənməsi nəticəsində qanın geri axmasıdır. Nəticədə xayalarda qan dövranının pozulması skrotal temperaturun artması və toksik maddələrin artması səbəbindən spermatogenezin pozulmasına (spermanın sayının, hərəkətliliyinin və morfologiyasının) və sonsuzluğa səbəb olur. Bəzən varikosel olan xaya və xaya ətrafı nahiyədə ağrı olur. Uşaqlarda və yeniyetmələrdə varikoselin olması xayaların inkişafını ləngidir nəticədə, spermatogenezi dayandırır. Varikosel nə qədər uzun müddət davam edərsə, mənfi təsiri də bir o qədər böyük olur, bunu nəzərə alaraq varikosel diaqnozu qoyulan zaman, mikroskopik əməliyyata göstəriş olan pasientlərin qısa zaman içərisində müalicə olunmaları tövsiyyə olunur. Varikosel, kişilərdə ən çox qarşılaşdığımız və mikroskopik cərrahiyyə ilə müvəffəqiyyətli nəticələr aldığımız sonsuzluq səbəbidir. Hətta iseminasiyaImages: sonsuzluq.jpgVarikosel nə vaxt müalicə edilməlidir?
Varikosel müalicə edilə bilən bir patologiyadır. Spermaqrammada olan dəyişikliklər (sperma sayının, hərəkətliliyinin azalması və morfologiyasının pozulması) qeyd olunur, ən az 2 patoloji spermaqrammanın olması, infertil (sonsuzluq) şikayətinin olması, hormonlardakı dəyişikliklər, əsasən FSH (follikul stimullaşdırıcı hormon) və T (testosteron) – nun miqdarının dəyişməsinə fikir verilməlidir. Yüksəlmiş FSH zamanı varikoselin müalicəsi çox az effektli olur. Əllə müayinə edilən bütün varikosellər müalicə edilməməlidir. Söylənilən halların kompleks halda görüldüyü zaman varikosel müalicə edilməlidir. Uşaqlar və yeniyetmələrdə isə varikosel olan xayanın digərinə nisbətən 20% həcm itkisinin olması müalicəyə göstərişdir.
Hansı üsulla müalicə olunur ?
Images: Cinsi_zeiflik 2.jpg

Varikoselin medikal (dərman) müalicəsi yoxdur, yeganə müalicəsi cərrahi üsulladır. Bu günə qədər bir neçə cərrahi üsullardan istifadə edilmişdir, lakin son illərdə dünyanın qəbul etidiyi yalnız mikroskopik cərrahiyədir, mikroskopik əməliyyat 99%-a qədər effektlidir. Varikosel mikrocərrahiyə təcrübəsi olan uroloq-androloq tərəfindən aparılmalıdır. Qasıq nahiyəsində kiçik bir kəsiklə əməliyyata başlanılır, 8 dəfə böyütmə qabiliyyətinə malik mikroskop altında genişlənmiş damarlar bağlanılır. Əməliyyatdan sonra iki günlük istirahət və bir müddət cinsi əlaqədən qorunma kifayət edir. Əməliyatdan 3 ay sonra ilk spermaqrammanın, 6 ay sonra 2-ci analizin verilməsi tövsiyyə olunur. Hamiləliklərin böyük əksəriyyəti əməliyyatdan 5-6 ay  sonra olur.





Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir