xeyanet

Xəyanətə kim daha çox meyl edir? – ARAŞDIRMA

Baxış sayı: 216

Psixoloqların evlilikdə xəyanətə səbəb olan faktorları müəyyən etmək üçün apardıqları araşdırma seksual təcrübəsi az olan gənc cütlüklər və qadınlar xəyanətə meylli olduğunu ortaya çıxarıb

Mütəxəssislər 3,5 il müddətində 233 gənc cütlüyü müşahidə edib. Araşdırma müddətində alimlər iştirakçıların qarşı tərəfdən razılığı, xəyanətlə üzləşmələri, xəyanət etmələrinə nəzarət edib.

Alimlər iki parametrlə diqqətin yayınma sürəti və dəyərsizləşməyə meyllənmə vəziyyətləri ilə maraqlanıblar.

xeyanet

Alimlər araşdırma iştirakçılarına kişi və qadın şəkilləri göstəriblər. Müəyyən edilib ki, kim ki yaraşıqlı və gözəl qadın və kişilərdən baxışlarını tez yayındırıb, onlar xəyanətə 50 faiz daha az meyllidir. Fotolara uzun müddət baxan insanlar daha çox xəyanətə meylli olub və onların nikahı daha tez pozulub. Fotolardakı insanların cazibədarlığını aşağılayan insanlar isə daha az xəyanət edib və nikahlarını daha çox qoruyub saxlaya bilib.

Nikahda uğurlu olanlar isə hər iki tərəfin reaksiyalarını müşahidə edənlər olub.

Alimlər fikrincə, hər iki proses şüuraltı baş verir. Buna bioloji faktorlarla yanaşı, həyat təcrübəsi də təsir edə bilər.

Araşdırmanın müəllifi Cim Maknaltinin sözlərinə görə, insanlar nə etdiklərini və niyə etdiklərini bilməyəcəklər. Çünki bu proseslər çox zaman, səy tələb etmir. Onlar bioloji xüsusiyyətlərə və ya uşaq təəssüratlarına görə ola bilər.

Bununla yanaşı, müəyyən edilib ki, qadınları çirkin olan kişilər daha çox xəyanət edir. Əvvəllər daha çox cinsi münasibətdə olmuş kişilər də xəyanətə meylli olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir