UZUK

Xanımların xəyalı olan bahalı zinət əşyaları

Baxış sayı: 826

“Chopard Blue Diamond” üzüyü

Bu siyahını Chopardın zərgərlik əsəri olan “Blue Diamond” üzüyü ilə açaq. Bu üzüyün qiyməti 16,26 milyon dollardır. 18 karat ağırlığında oval bir formada olan bu dəyərli mavi daşa  heç kəs laqeyd qala bilməz.Üzüyün aşağı hissəsi xırda  ağ brilyantlar ilə  bəzədilib.

Qeyd edək ki, mavi akvamarin və dərin firuzə çalarları ilə diqqəti çəkən bu zinət əşyası İsveçrədə hazırlanmışdır.

 

“Heart of the Kingdom” boyunbağısı

“Heart of the Kingdom” boyunbağısı ümumi ağırlığı 155 karat olan 150 şəffaf brilyant və 41 karat ağırlığında tünd-qırmızı birma yaqutundan ibarətdir. O, məşhur zərgərlik şirkəti “Garrard” tərəfindən yaradılıb və rubinin sabiq sahibi britaniyalı zərgərin şərəfinə adlandırılıb. Boyunbağının qiyməti təxminən 14 milyon dollardır.

 

“Dream Diamond” üzüyü

Sarı brilyantlı “Dream Diamond” Honk Kongda ” Sotheby’s” auksionunda 16,3 milyon dollara satılan dünyanın ən bahalı sarı daşlı üzüyü  oldu. Yeri gəlmişkən, bu hərracda  yalnız qadınlar iştirak edirdilər.

 

“Perfect Çəhrayı Diamond” üzüyü

Bir çox xanımların xəyalına çevrilən nadir çəhrayı daşlı” Perfect Pink Diamond “üzüyü “Christie’s” auksionunda 23,2 milyon dollara satılmışdı . Bu qiymətli daşın çəkisi 14.23 karatdır.

 

“Etsetera” birma yaqutu ilə boyunbağı

Birmadan gətirilmiş yaqutlardan düzəldilmiş “Etsetera” Honkonqda 2013-cü ilin noyabrında “Christie’s” hərracında 6,4 mln dollara satılmaqla ən bahalı yaqutlu boyunbağı oldu.

Qiymətli daşların (yaqut və brilyantların) ümumi çəkisi 87,78 karatdır.

 

“Winston’s Blue Diamond ” üzüyü

Badam formasında və 13,22 karat ağırlığında  olan nadir mavi brilyant qaşlı üzüyün  dəyəri 23,8 milyon dollardır.Gözəlliyi ilə seçilən zinət əşyası  dünya rekordlarını qıraraq “qüsursuz bir brilyant” adı ilə tarixə düşdü.

 

“Graff Pink Diamond” üzüyü (46,2 milyon dollar)

“Graff Pink Diamond” üzüyü məşhur zərgər Qarri Vinston tərəfindən hazırlanmışdır. “Graff Pink Diamond” üzüyünün çəkisi  24.78 karatdır.Eyni zamanda,qiymətli  və incə zinət əşyası  Hong Kongda keçirilən  “Sotheby’s” auksionunda 46.2 milyon dollara satılmışdı.

 

“İncomparable” boyunbağısı

O, Livanın “Mouawad” zərgərlik brendi tərəfindən 2013-cü ildə hazırlanıb. “Incomparable”in dəyəri 55 mln dollardır və 637 karat ağırlığındadır. Kompozisiyanın mərkəzində 407,48 karat ağırlığında qüsursuz sarımtıl-qəhvəyi rəngli  brilyant yerləşir.

Daş 91 şəffaf brilyantla bəzədilmiş üzüm salxımı formasında olan qızıl ipdən asılıb.

 

“Pink Star Diamond” üzüyü (72 milyon dollar)

İsaak Volf tərəfindən 72 milyon dollara satılan “Pink Star Diamond” üzüyü dünyada ən bahalı zinyət əşyalarından biridir. Bu qiymətli daş Afrikada aşkar edilmişdir. Maraqlı quruluşu ilə diqqəti çəkən üzük ilk görünüşdən bir böcəyə bənzəyir.Üzüyün digər adi isə  “Çəhrayı Yuxu”dur. Hal-hazırda dəyərli üzüyün heç bir sahibi yoxdur,çünkü o milli sərvət kimi qorunmaqdadır. Bu üzüyün hazırlanması ilə bağlı maraqlı faktlardan biri də odur ki, çəhrayi brilyant daş cilalanmadan öncə 132.6 karat idi. Lakin onu forması dəyişdikdən sonra onun ağırlığı 59.60 karat oldu.

 

“Heritage in Bloom” boyunbağısı

383,4 karatlıq brilyant və jadeitli boyunbağıya “Heritage in Bloom” adı verilib. Onun hazırlanması üçün 11551 brilyant lazım olub.

Kompozisiyanın mərkəzində 104 karat ağırlığında heyrətamiz almaz var. 23 digər qüsursuz və şəffaf brilyantla birlikdə,cilalanmasından əvvəl 507,55 karat ağırlığında olan və 200 milyon dollara satılan bu boyunbağı “Cullinan Heritage” almazından hazırlanıb.

 

“Ring Wittelsbach-Graff”

“Ring Wittelsbach-Graff” brilyant üzüyü tarixin ən bahalı üzüyüdür. Elmas 17-ci əsrin sonunda Hindistanda, Kunlur Mine adlı yerdə aşkar edilmişdir. 80 milyon dəyərində olan bu üzüyün əsas hissəsi mükəmməl şəffaf tünd göy daşdan ibarətdir. Həmin daşın ağırlığı isə  31.06 karatdır. Nadir brilyantın ilk sahibi Kral IV Filipp idi və dəyərli üzük məhz  Bavariya və Avstriya monarxiyalarına məxsus idi.Hal-hazırda bu əsrarəngiz   brilyant üzük Milli Tarix  Muzeyində  sərgilənir.

 

“Heart of the Ocean” boyunbağısı

20 milyon dollar dəyərində olan “Okeanın ürəyi” boyunbağısını zərgər Harri Vinston çoxlarımızın sevdiyi “Titanik” filminə baxaraq hazırlayıb.

Boyunbağının mərkəzi hissəsində 13,75 karat ağırlığında ürək formasında cilalanmış, olduqca nadir tünd-göy rəngdə brilyant var.

 

“Red Scarlet” boyunbağısı

Bu möhtəşəm boyunbağı müxtəlif çəkidə (1,27-dən 5,38 karatadək) olan 26 tünd-qırmızı birma yaqutundan ibarətdir. Bu yaqutların hər biri armudvari formalı şəffaf brilyantlarla əhatə olunub.

Daşlar yerləşməsinə görə  gül çələnginə bənzəyirlər.5,1 milyon dollara satılan  boyunbağı da platin və ağ qızıl da istifadə edilib.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir