hediyye

Xarakterə görə hədiyyə seçimi üçün ipucları

Baxış sayı: 187

Sevdiyiniz insana hədiyyə almaq istəyirsiniz? Amma nə alım deyə düşünürsünüz? Ən asan hədiyyə seçimi xarakterə görə hədiyyə seçimidir. “Gencaile.az” Foxy.az-a istinadən sizə ipucları verir.

Məşhur – şən – bu tip insanlar ünsiyyətcil, zarafatcıl, hisslərini göstərən, cana yaxın, dəyişkən ruhlu, şən və uşaq ruhlu olurlar. Əyləncə mövzusunda liderdilər. İnsanlarla rahatca əlaqə yaradırlar, kin saxlamırlar.

Hədiyyə tərzi – belə insana hədiyyə seçərkən çalış istifadə edəcəyi bir şey olsun. Çox adamda olmayan geyim, saat, aksessuar, ayaqqabı onları sıradan biri olmaqdan azad edir. Çünki özlərini xüsusi hiss etmələri onları iki qat xoşbəxt etdirir.

Mükəmməlçi – melanxolik – çox vaxt qapalı, düşüncəli və qaramsar olurlar. Eyni zamanda hissiyyatlı, idealist, dürüst və vicdanlıdırlar. Arxa planda qalmağı, diqqət çəkməməyi sevirlər, ideal həyat yoldaşı axtarırlar.

Hədiyyə tərzi –  gözə batmayan, xüsusi hiss etdirməyəcək hədiyyə onlara daha uyğundur. Kişilər üçün keyfiyyətli kostyum, aksessuar, qadınlar üçün isə zərif üzük və ya hər hansı bir zərif hədiyyə daha doğru seçimdir.

Güclü – qərarlı – ünsiyyətcil, quruluşcu və xoş niyyətlidir. Lider doğulurlar. Qərarlıdırlar, soyuqqanlıdırlar. Buna görə də asan şəkildə ruhdan düşmürlər.

Hədiyyə tərzi – əsasən onların lider xarakterlərini və hədəflərini əsas götürərək hədiyyə seçilməlidir. Daha çox antik və ya əl işi əşyalar çox uyğundur. Ofis üçün isə bahalı hədiyyə olsa yaxşı olar.

Sülhsevər – səbrli, səssiz, rahat, yolagedəndirlər. Çox dostları olur, mərhəmətli və qayğıkeş olurlar.

Hədiyyə tərzi – hissiyyatlı xarakterlərinə uyğun hədiyyə olmalıdır. Eyni zamanda dostları ilə də paylaşa biləcəyi bir əşya olsa xoşbəxt olarlar. Belə insanlar ən asan hədiyyə seçilib alınan insan tipidirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir