xerceng

Xərçəng xəstəliyindən qorxanlar mütləq oxusun!

Baxış sayı: 2. 284

Hazırda xərçəng xəstəliyi insanlar üçün ən əsas problemlərdən sayılır. Bu səbəbdən də bu xəstəliyin aradan qaldırılması yönündə çalışmalar mütamadi olaraq davam etdirilir. Son olaraq Cənubi Koreyadan olan elm adamları xərçəng xəstəliyi ilə mübarizə yollarını araşdırıb.

“Gəncaile.az”ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, “qıyıqgözlər”in araşdırması bibərin xərçəng xəstəliyinin müalicəsində önəmli rol oynadığını üzə çıxarıb. Hər gün müəyyən miqdarda acı bibərin yeyilməsi qara ciyər və qalın bağırsaqda olan xərçəng xəstəliyi ilə mübarizədə əvəzsizdir. Amma qastrit və xora kimi problemi olan insanların acı bibər yeyərkən daha diqqətli olması tələb olunur.

Bundan başqa, pomidorun da antioksidan təsiriylə prostat, döş, həzm sistemi və dəri xərçəngi riskini azaltdığı üzə çıxıb. Pomidor bu təsirini, xərçəng təhlükəsini azaltmaqda əhəmiyyətli rol oynayan likopen maddəsi sayəsində həyata keçirir. Araşdırmalar nəticəsində bu baxımdan bişmiş pomidorun daha təsirli olduğu da məlum olub.

Soğan sarımsaq da xərçəng xəstəliyinin qarşısının alınmasında böyük rol oynayır. Hər gün soğan və sarımsağın yeyilməsi insan bədənində bəd xassəli şişlərin olmasına mane olur.

Araşdırmaların nəticəsində yaşıl çayın içində yüksək nisbətdə olan polifenollar sayəsində xərçəngə çevrilmə təhlükəsi yüksək olan hüceyrələrin fəaliyyətini önlədiyi məlum olub. Ürək və böyrəyində, eləcə də qan dövranında problem olmayan insanların gün ərzində 2-3 fincan yaşıl çay içməsi məsləhətdir.. Ancaq sadalanan problemləri yaşayan insanların yaşıl çayı həkim məsləhətindən sonra qəbul etməsi mütləqdir.

Cənubi Koreyadan olan alimlərin araşdırmaları nar, albalı çiyələk kimi qırmızı meyvələrin də xərçəng xəstəliyi ilə mübarizədə faydalı olmasını ortaya qoyub. Araşdırmalar nəticəsində bu meyvələrin tərkibindəki turşuların sözügedən xəstəliyin müalicəsi üçün önəmli olması məlum olub.

Tərkibində C vitaminin və antioksidantın çox olması səbəbindən yer alması da xərçəng xəstəliyi əleyhinə olan ən yaxşı vasitələrdən hesab olunur.

Araşdırmalar nəticəsində paxlalı bitkilərin də xərçəng xəstəliyinin qarşısını ala biləcəyi ortaya çıxıb. Paxlalı bitkiləri həftə ərzində 2-3 dəfə yeyən insanların döş xərçəngi xəstəliyindən əziyyət çəkmə ehtimalının daha az olduğu bildirilir.

Cənubi Koreyadan olan elm adamlarının fikirincə, xərçəng xəstəliyinə qarşı ən yaxşı mübarizə üsullarından biri də alma yeyilməsidir. Gün ərzində ən azı bir alma yeyilməsinin bağırsaqlara zəhərli maddələrin yığılmasının qarşısını aldığı məlum olub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir