divan

Yağ ləkələrindən necə qurtulmalı? – QADINLARIN MENYUSUNA

Baxış sayı: 1. 303

Geyiminlərinizə sıçrayan kiçik bir yağ ləkəsi belə həmin geyimi korlayıb, istifadəsiz hala salır. Halbuki həmin geyimdən imtina etmək əvəzinə bu ləkələrdən asan yollarla xilas ola bilərsiniz. “Gencaile.az” çətin çıxarılan yağ ləklərinin təmizlənmə qaydalarını təqdim edir.

Geyiminizə yağ ləkəsi sıçradığı anda dərhal üzərinə duz tökün. Əgər evdəsinizsə, duz tökdükdən sonra  üzərinə parça sərib ütüləyin. Sonra fırçalayın. Yenə heç bir nəticə verməzsə, üzərinə tökdüyünüz duzun yağı özünə çəkməsini gözləyin. Duz yağı tamamilə çəkdikdən sonra duzu fırçalayın. Təzə yağ ləkələri üçün isti sabunlu su da işə yarayır.

Geyiminiz ipək parçadandırsa, yağ ləkəsini təmizləmək üçün üstünə şəkər tökün. Üzərinə parça sərib ütüləyin. Yağ şəkər tərəfindən tamamilə əmiləcək.

Bitki, ya heyvan mənşəli yağları təmizləmək üçün benzindən istifadə edin. Parçanın üzərinə tökdüyünz azca benzini ləkənin üzərinə sürtün. Benzin yağı tamamilə təmizləyəcək.

Açıq rəngli və yuyulması mümkün olan geyimi  keyfiyyətli yuyucu tozu ilə ovun. Sonra geyimi 15 dəqiqə həmin suda saxlayın. 15 dəqiqə saxladıqdan sonra etiketində yazıldığı kimi yuyun. Geyimi açıq havada qurudun. Ləkə tam getməzsə, etdiyinizi yenə təkrarlayın.

Xalçanın üzərinə tökülmüş yağ ləkəsinin üzərinə bol karbonat tökün. Karbonatla ovduqdan sonra xalçanı qurudun. Sonra həmin hissəni fırçalayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir