ilhame

“Bu gün disbakterioz adında diaqnoz yoxdur” – QASTROENTEROLOQLA MÜSAHİBƏ

Baxış sayı: 2. 339

“Gencaile.az” saytının “Həkimim” rubrikasının budəfəki qonağı Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkimi, tibb üzrə fəlsəfə doktoru, 2012-ci ildən Rusiya Hepatologiya Cəmiyyətinin, 2014-cü ildən Rusiya Qastrenteroloji Asossiasiyasının üzvü olan qastroenteroloq İlhamə Əmiraslanovadır.

 

– Mədə-bağırsaq xəstəliklərinin başlıca səbəbləri nələrdir?

– Bugünkü həyat tempi, onunla bağlı nizamsız qida rejimi, stresslər,  müxtəlif infeksiyalar və immun sistemin vəziyyəti. Bütün bunlar mədə-bağırsaq xəstəliklərinin əsas səbəbləridir.

 

 – Hansı bağırsaq infeksiyaları xüsusilə təhlükəli sayılır?

– Xolera, ameb dizenteriya, salmonellyoz, Helikobakter pylori və s. Adını sadaladığım infeksiyalar daha təhlükəli hesab olunur.

 

– Disbakterioz bu gün həkimlər arasında mübahisə predmetinə çevirilib. Bir kəsim bunu xəstəlik hesab edərək müalicəyə müraciət etməyi, başqa bir kəsim isə belə bir xəstəliyin olmadığını bildirir. Sizcə, disbakteriozu hansı halda təsdiqləmək olar və bu hala qarşı hansı tədbirlər görülməlidir?

– Bu gün disbakterioz adında diaqnoz yoxdur. Qıcığlanmış bağırsaq sindromu ishalla və ya qəbizliklə müşahidə olunur. Bu xəstəlik zamanı bağırsağın mühitində (florasında) dəyişikliklər baş verir. Diaqnozu təsdiqləmək və mühitin vəziyyətini təyin etmək üçün laborator instrumental müayinələrdən mütləq keçmək lazımdır. Xüsusilə nəcisin ümumi müayinəsi və əkilməsi vacibdir. Diaqnozuna uyğun müalicə təyin edilir.

 

 – Mədə xorası da insanlarımızı narahat edən problemlərdəndir. Belə halda, nə etmək, necə qidalanmaq tövsiyə olunur?

Mədə xorasının yaranmasında bir sıra səbəb ola bilər. Səbəbindən asılı olaraq məqsədə uyğun müalicə təyin edilir. Qaldıki, pəhrizə ümumiyyətlə mədə bağırsaq xəstəliklərində az porsiyalarla tez-tez qida qəbulu, qızartma və çox yağlı yeməklər olmaz, mədə şirəsinin turşuluğunu və pasiyentin yaşını nəzarə alaraq müəyyən tövsiyələrdə verilir.

– Oxucularımızdan biri soruşur ki, onda ağız boşluğunda kandidoz mikrobu aşkarlanıb. Bu mikroba qarşı bir neçə dəfə dərman müalicəsi aparılsa da, heç bir nəticəsi olmayıb. Nə edə bilər? Bu xəstəliyin mədə-bağırsaqla nə kimi əlaqəsi var?

– Ağız boşluğundan düzgün qaydada yaxmagötürülməli, diaqnoz təsdiqlənməli, anamnez(xəstəlik tarixçəsi), şikayətlər tam toplanmalıvə ancaq bundan sonra xəstəyə köməklik göstərəmək mümükün olur.

 

– Başqa bir oxucu deyir ki, səhərlər öyümə, ürəkbulanma hiss edir. Bu, xüsusilə normadan az yatanda baş verir. Nədən ola bilər?

Bu simptomlar mədə bağırsaq, sinir sistemində problemlərin əlaməti ola bilər. Məsələn, mədədən möhtəviyyatın vaxtsız evakusiyası, mədənin selikli qişasının, öd kisəsinin iltihabı və s. Bundan başqa dediyim kimi hər bir şikayətin səbəbini müəyyən etmək üçün müayinələrdən keçmək lazımdır.

 

 – Rəngli sular, müxtəlif kimyəvi tərkibli qidalar bu gün süfrələrimizdə əvvəlki onilliklərdə göründüyündən daha çox rast gəlinir. Hansı fəsadlardan narahat ola bilərik?

– Bugünkü bu sular mədə və12 barmaq bağırsağın selikli qişasına, mədəaltı vəzə çox ciddi zədə vura bilər.

 

 – Ağızdan gələn qoxular hansı hallarda mədə-bağırsaq xəstəlikləri ilə əlaqədar ola bilər?

-Qida borusunun iltihabı, xroniki qastrit, xora xəstəlikləri, qurd invaziyası və s.

 

 – Qəbizlik zamanı ən yaxşı tədbirlər nələr hesab edilir?

– Qəbizliyin müxtəlif səbəbləri ola bilər. Məsələn, yoğun bağırsağın normadan artıq uzun olması, qıcıqlanmış bağırsaq sindromu, öd kisəsinin və öd yollarının iltihabı, qastroduodenit və s. Bunlardan asılı olaraq müvafiq müalicə və pəhriz təyin edilir. Birmənalı bu sualları cavablandırmaq mümkün deyil.

doktor ilhame

 

 – Mədə-bağırsaq sağlamlığı üçün qidlanmamızda diqqət etməli olduğumuz əsas kriteriyalar hansılardır? Necə, nə qədər, nə ilə və hansı aralıqda qidalanmalıyıq?

– Nəinki həzm sisteminin orqanlarının sağlamlığı üçün, bütün orqanizm sağlam olmasına görə az porsiyalarla, tələsmədən gündə 3-4 dəfə qidalanmaq vacibdir. Yaşdan asılı olaraq qida mıhsullarına və onların hazırlanma qaydasına diqqət yetirilməlidir . Hər bir pəhrizin yanında mütləq gündəmdə müvafiq fiziki yükləmələr aktual olaraq qalmalıdırlar.

 

Söhbətləşdi: Mətin




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir