yuxu

Yatdığınız poza sizin haqqınızda çox şey deyə bilər

Baxış sayı: 2. 783

1. Embrion – bəzi insanlar kömbə şəkilində bükülüb yatırlar, onların bu pozası ana bətnindəki embrionu xatırladır. Belə insanlar adətən güclü, məqsədyönlü və bəzi hallarda qəddar olurlar, amma bu sadəcə zahiri görüntüdür. Daxildə həmin insanlar olduqca həssas və inciyəndirlər. Bəzən onlar tanış olmaya insan ilə söhbət və ya görüş zamanı utanır, çəkinirlər, lakin müəyyən zaman keçdikdən sonra normaya düşür və özlərini kifayət qədər komfortlu hiss edirlər. Sorğuda iştirak edən 1000 nəfərin 41%-i demək olar ki, bu formada yatır. Bir də qeyd etməyə dəyər ki, belə formada daha çox qadınlar yatır, nəinki kişilər.

2. Şalban – İnsan sakit şəkildə yatır, qollar yana salınaraq, uzadılıb. Belə insanlar haqqında demək lazımdır ki, onlar bir az arsız və ətraf-aləmə qarşı şübhə ilə yanaşan olurlar. Digər tərəfdən isə onlar ictimaiyyətdə olmağı və insanlara etibar göstərməyi sevirlər, onları yelbeyin və yüngülxasiyyət də adlandırmaq olar.yuxu

3. Körpə – məqsədyönlü – onlar əlləri qabağı uzadılmış şəkildə yatırlar, belə düşünmək qəbul olunub ki, onlar açıq qəlbli insanlardır, amma bəzən onlar həddindən artıq ədəbsiz (həyasız) ola bilərlər. Onlar bir qərarın qəbulu üçün çox düşünür və götür-qoy edirlər, amma elə ki, qərar verdilər, dediklərindən heç zaman imtina etməz və sona qədər öz fikirlərində dayanarlar.

4. Soldat – bu insanlar kürəyi üstə yatar, qollar isə bədən boyu aşağı sallanmış olar, ayaqları da düz şəkildə uzanar, sanki onlar sıraya düzlənmək əmri almış sıravilərdir. Bu insanlar olduqca sakit və bəzən hətta qapalıdırlar. Onlar heç zaman heç yerə tələsmir, belə pozada yatmağı sevən insanlar xaos və izdihamı, tünlüyü, çaxnaşmanı sevmirlər. Bu insanlar yüksək və bəzən həddindən artıq dərəcədə şişirdilmiş standartları olan insanlardır.

5. Sərbəst düşmə  — insanlar qarnı üzərində uzanır, əllərini yastığın altında gizlədirlər, başlarını isə böyürə döndərirlər. Bu həddindən artıq ziddiyyətlər ilə dolu insandır. Onlar ünsiyyətə meyli və kobud (söz qaytaran), tərbiyəli və ədəbsiz ola bilərlər, onlar əsəbi, həm də küsəyən və tez inciyəndir. Bu insanlar ekstremal vəziyyətləri və öz ünvanlarına deyilən tənqidi eşitməyi sevmirlər.

6. Dəniz ulduzu – bu insanlar qarnı üzərində yatırlar, qollar isə yanlara uzadılıb. Belə pozada yan insanlar olduqca ünsiyyətə meylli və açıq şəxsiyyətlərdir, onlar asanlıqla dost tapa bilir, belə ki, cəmiyyətə qarşı açıqdırlar və həmsöhbətlərini dinləməyi bacarırlar. Əgər onların dostlarına kömək lazım olsa, məhz bu insanlar ilk olaraq köməyə gələcəklər. Bu dərəcədə ünsiyyətə rəğbət bəsləmələrinə rəğmən, onlar hamının diqqət mərkəzində olmağı xoşalmırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir