ISTIRAHET

Yayda istirahət neçəyə başa gəlir? – ARAŞDIRMA

Baxış sayı: 1. 485

Yayın bir ayını geridə qoysaq da, havaların sərin keçməsi insanlara tətil planları qurmağa imkan vermədi. Bundan başqa, bir Azərbaycan klassikasıdır: insanımız daha çox yayın son ayında istirahət etməyi sevir. İstirahət edib, yenidən ofis işinə qayıtma perspektivi ona o qədər də xoş gəlmir. Amma bu il istirahət etmək istəyənlər üçün qiymətlər o qədər də qənaətbəxş deyil.

“Gencaile.az” saytı “Musavat.com”un turizm şirkətləri arasında apardığı reydlərin nəticəsini sizə təqdim edir. Ümumən hər il olduğu kimi, bu il də Türkiyənin istirahət mərkəzləri arasında ən çatımlı qiymət Antalyadadır. Amma bununla belə qiymətlər ötən illə müqayisədə xeyli artıb.

Картинки по запросу Bakıdan Antalyaya

Fly Travel Turizm şirkətinin rəhbəri Mamed Əliyev bizə açıqlamasında bildirdi ki, qiymətlər ötən ilki ilə müqayisədə xeyli bahadır. Buna səbəb ötən il rusların Türkiyəyə gəlməməsi, buna görə də zərər edən turizm obyektlərinin qiyməti artırmasıdır. Müsahibimizin sözlərinə görə, orta hesabla 2 nəfərin Bakıdan Antalyaya 7 gün, 8 gecəlik istirahəti 800 dollar təşkil edir: “Ən minimal qiymət Antalyadadır. Vaxtilə insanlar Tiflisdən səfər edərək, bilet qiymətinə qənaət edir və nəticədə tətillərini ikiqat ucuz qiymətə başa gətirirdilər. İndi Tiflisdən də bahadır. Bunların hamısı dolların qiyməti ilə bağlıdır”.

Картинки по запросу Antalya

Amma müsahibimiz deyir ki, qiymətlərin bu dərəcədə artmasına baxmayaraq, insanlar turizm şirkətlərinə axın edirlər: “İnanın ki, biletləri çətinliklə rezerv edirik. Çünki axın güclüdür”.

Antalyadakı qiynətlərlə az-çox tanış olduq. Amma Quşadasında bir həftəlik istirahət 378, Bodrumda isə 377 dollardan başlayır. Lakin bu qiymətə yalnız 3 ulduzlu otel tapmaq mümkündür. Ancaq Bodrumda 4 ulduzlu otel 408, 5 ulduz isə 418 dollaradır.

Картинки по запросу bodrum

Axtarış zamanı “cəlbedici” elanlarla da qarşılaşdıq. Məsələn, “Antalyada istirahət 75 dollar” başlığı ilə olan elanlardan danışırıq. Bunlardan birində qeyd olunmuşdu ki, Antalya Kemer turları Bakidan təşkil olunur. Akasia Resort 3+* otelində istirahət 75 dollar təşkil edir. Bu qiymətə 7gecə/8gün oteldə qonaqlanma, AI qidalanma (gündə 3dəfə), səyahət sığortası daxildir. Amma turist aviabiletini, transferini özü nəzərdə tutmalı və buna görə ayrıca məbləğ ödəməlidir.

Digər Antalya otellərinə diqqət edək:

ASIA HOTEL KEMER 3* 240 usd
LARA HADRIANUS HOTEL 4* 270 usd
CLUB KONAKLI FAMILY RESORT & SPA 5* 333 usd

Картинки по запросу ASIA HOTEL KEMER

Qiymətə daxildir :
– Aviabilet
– 7gecə/8gün oteldə qonaqlanma
– AI qidalanma
– Transfer
– Səyahət sigortası

Картинки по запросу LARA HADRIANUS HOTEL

385$-dan başlayan qiymətlərlə də Antalya turları var. Onları da yaddan çıxarmayaq:

AKASIA RESORT 3+* 385;
SUNSIDE BEACH HOTEL 4* 385$
CLUB KONAKLI FAMILY RESORT & SPA 5* 446$
TELATIYE RESORT 5* 495$
CONCORDIA CELES HOTEL 5* 599$
GHAZAL RESORT THALASSO HOTEL 5* 620$
DOSINIA LUXURY RESORT HOTEL 5* 640$
LARISSA PHASELIS PRINCESS RESORT 5* 710 $
ADORA GOLF RESORT HOTEL 5* 745$
MARTI MYRA RESORT 5* 770$
DAIMA BIZ 5* 775$
MARITIM PINE BEACH RESORT 5* 870$
SHERWOOD DREAMS RESORT 5* 890$
AKKA HOTELS ALINDA 5* 900$
SHERWOOD CLUB KEMER 5* 920$
BELCONTI RESORT HOTEL 5* 980$
PAPILLON BELVIL HOTEL & HOLIDAY VILLAGE 5* 1220usd

Картинки по запросу CLUB KONAKLI FAMILY RESORT

və digər variantlar

Tarix:10.07-17.07.2017 (7 gecə 8gün)

Bütün bu variantlara aviabilet qiymətləri də daxildir.

Hesab edək ki, bu qiymətlərdən başınız gicəllənib, “yurdum yuvam məskənimsən, Azərbaycanım…” dediz və ölkənin istirahət mərkəzlərinə baş vurmaq istədiz. Ölkənin istirahət mərkəzlərindəki otellərdə də qiymətlər “ceyran belindədir”. Məsələn, məşhur Marxal Resort&Spa 5* otelində standart 2 nəfərlik otaq 90 AZN təşkil edir.
Qiymətə təkcə səhər yeməyi daxildir. Bununla yanaşı, qapalı hovuz, sauna, buxar otağı, türk hamamı da daxildir.

Картинки по запросу Marxal Resort&Spa 5

Картинки по запросу Marxal Resort&Spa 5

Qızıl qaya oteli – 46 AZN
Şotomonolit hotel 59 AZN
Qız Qalası hotel – 69 AZN
Green house hotel – 39 AZN
Qəbələ Duyma hotel – 39 AZN
Semerana hotel 59 AZN
Qafqaz Yeddi Gozel Hotel BB – 49 AZN
Qəbələ Karvansaray hotel – 59 AZN

Bu qiymətlərə də 1 gecə oteldə gecələmə, 3 dəfə qidalanma və ya səhər yemeyi daxildir.

Xızıda yerləşən Altıağac “Cənnət Bağı” istirahət mərkəzində ən ucuz otaq nömrəsi 80 AZN-dən başlanır. Lüks otaqlar isə 200-250 AZN qiymətindədir.

Картинки по запросу Altıağac "Cənnət Bağı"

Qubadakı istirahət mərkəzlərində də birgünlük otaq qiyməti 80-100 AZN məbləğindədir.

Bu arada kənd evlərində istirahət variant da var. Baxmayaraq ki, bunun üçün də yetərincə ciddi məbləğlər tələb olunur. Məsələn, Qəbələdə kənd evlərinin qiymətləri bir günü 30-70 manat arasında təklif edilir. Uzun müddət qalanlara razılaşma yolu ilə endirim edilir. Məsələn, 5-6 nəfər üçün nəzərdə tutulan evdə 3 – mətbəx, 2 yataq və 1 qonaq otağı, hamam və ayaqyolu var.

Qubanın Qəçrəş kəndində yerləşən evin günlük kirayə haqqı 180-200 manatdır. Kirayə haqqı 5 gün qalana 160 manatdan, 10 gün qalana 140 manatdan, 10 gündən artıq qalana isə 120 manatdan hesablanır.

Картинки по запросу Qubanın Qəçrəş kəndi

İsmayıllıda günlük kirayə qiymətləri 30-60 manat arasında dəyişir. Novxanıda dənizin yaxınlığında ikimərtəbəli evdə qalmaq istəyən 10 nəfər üçün günlük kirayə haqqı 120 manatdır. 10 gün qalan qrupa kirayə haqqı 100 manatdan hesablanır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir