geyim

Yeni il gecəsi üçün geyim seçərkən nələrə diqqət etməli?

Baxış sayı: 170

Yeni İl gecəsi yaxınlaşdıqca  xanımlar bayram gecəsi nə geyinəcəklərini sıx-sıx düşünürlər. Məhz bu yazını oxumaqla suallarınıza  cavab tapa bilərsiniz. Beləliklə, Yeni il gecəsi üçün geyim seçərkən bunları nəzərə almağı unutmyın. Bir də geyim seçərkən gedəcəyiniz məkanı mütləq nəzərə alın, əks halda obrazınız konseptə uyğunlaşmaya bilər. Yeni il gecəsini harda keçirəcəyinizdən asılı olaraq sizin üçün bir neçə obraz hazırlamışıq.

 

1. Əgər bayramı hansısa lux otelin ziyafət zalında təşkil olunmuş gecədə keçirməyi planlaşdırırsınızsa  daha çox uzun və dizaltı donlara üstünlük verə bilərsiniz. Amma uzun don dedikdə daş-qaşlı toy paltarı deyil tərzli və dəbdəbəli gecə geyimlərindən bəhs edirəm. Bu tünd yaşıl, qızılı, bordo və ya qırmızı rəngdə don və ya klassik tərzli konbinezon ola bilər. Mənim favoritim uzun rəngli göy və ya tünd yaşıl rəgli məxmər donlardır. Bu obrazda siz bütün zərifliyiniz və tərzinlə diqqət mərkəzində olacaqsınız.

2. Bu gecəni restoranda, axşam yeməyi və canlı musiqiylə keçirisinizsə kokteyl tərzi əla seçim ola bilər. Bu, əlvan rəngli don və ya şalvar-bluz ola bilər. Aksessuarları isə yaddan çıxarmayın.

3. Bayramı gecə klubunda dostlarınızla keçirəcəksinizsə mütləq cool görünməlisiniz. Elə geyim seçməlisiniz ki, həm onda oynamaq rahat olsun, həm də tərzinizlə hamıya meydan oxuyasız.

4. Yeni il gecəsində ev partisinə dəvətlisinizsə bu o demək deyil ki, sadə geyinməlisiniz. Casual-chic obrazı belə bir gecə üçün əla seçimdir.

5. Bayramı küçədə keçirirsənsə isti, şık və parlaq obrazınızla küçələrə meydan oxuyun. Bu zaman tərzinizi papaq, şərf və əlcəklərlər uğurla tamamlaya bilər.

6. Bu gecəni sevdiyiniz bir ulduzun konsertində keçirirsinizsə həm dəbdəbəli tərzli görünməlisiniz. Ayaqqabılarınızın rahat olmasına isə xüsusi önəm verin. Bütün gecəni ayaqüstə olacaqsınız.

7. Yeni ili evdə ailənizlə keçirirsinizsə həm rahat, həm yeni il əhvallı geyim geyinin. Bu Yeni İl mövzulu sviter və ya don ola bilər. Amma donu elə seçin ki, həm içində rahat hərəkət edə biləsiniz, həm də hündürdaban ayaqqabı tələb etməsin.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir