korpe

Yenidoğulmuş uşaqlara qayğı necə olmalıdır?

Baxış sayı: 169

Valideynlərin nəzərini çəkə biləcək əlamətlərdən biri də cinsi krizlə əlaqədardır. Bu zaman həm oğlan, həm də qızlarda döş vəzlərinin və cinsi üzvlərin şişkinliyi əmələ gəlir. Qızların cinsi yollarından az miqdarda selik və qanlı ifrazat gəlir. Bu zaman valideyinlərin narahatlığına heç bir səbəb yoxdur. Bu dəyişikliklər fizioloji xarakter daşıyır və uşağın yetkinliyini əks etdirir.

KORPE

Yenidoğulma dövrünün vacib proseslərindən biri də göbək güdülünün düşməsidir. Adətən bu, yenidoğulanın həyatının 4-cü ya 5-ci sutkalarında baş verir. Bəzi uşaqlarda bu prosess daha uzun zaman tələb edir. Əgər göbək həlqəsinin ətrafında qızartı və şişkinlik yoxdursa, narahat olmağa dəyməz. Göbək güdülü düşdükdən sonra gündə 2 dəfə göbək yarasının dibi tibbi spirt tərkibli antiseptiklərlə işlənilir. Təxminən 14-cü günündə göbək dibinin tam sağalması baş verir. Göbək yarasından irinli ifrazat gəlirsə və ya göbək dibinin sağalması uzun müddət baş vermirsə, sahə pediatrına müraciət edilməlidir.

Yenidoğulmuş uşağın əsas gigiyenik prosedurası çimizdirilmədir. Bu, onun sağlamlığına, sinir-psixi inkişafına öz müsbət təsirini göstərir. Çimizdirilmənin hər gün axşam saatlarında növbəti qidalanmadan qabaq aparılması məsləhət görülür. Prosedur 5-7 dəqiqədən çox davam etməməlidir və suyun temperaturu 36-37 dərəcə olmalıdır.

yeni usaq

 

Yenidoğulanın sağlamlığının ən vacib şərtlərindən biri qidalanmanın düzgün təşkilidir. Hər bir sağlam körpə doğum zalında erkən döşə qoyulmalıdır. Bu, onun immun sisteminin düzgün formalaşmasına, mədə-bağırsaq traktının normal flora ilə məskunlaşmasına, anada isə laktasiya prosesinin stimulyasiyasına səbəb olur. Uşağın əmizdirilməsi saatla deyil, körpənin tələbatına uyğun olaraq aparılmalıdır. Gecə əmizdirilmələri anada laktasiyanın stimulyasıyasına səbəb olur. Döşlə qidalanan uşağın süni qarışıqlarla qidalanan uşaqlara nisbətən tez oyanması və acması ana südünün azlığı ilə deyil, onun daha sürətlə həzm olunması ilə əlaqədardır. Hər bir hamilə qadın uşaq dünyaya gəlməmişdən öncə döşlə əmizdirmənin əsas prinsipləri ilə tanış olmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir