sican

Yuxuda siçan görmüsünüzsə… – YUXUYOZMA

Baxış sayı: 355

Yuxularımız, bizə şüuraltının verdiyi qısa mesajlardır. Əsasən, gecənin üçüncü yarısında, yəni, səhərə yaxın gördüyümüz yuxuların daha mənalı olduğu deyilir. Yuxu görüb hövlanak ayılırsan. Dərhal yuxunu düşünməyə başlayırsan. Bəzən oyanan kimi unudur, bəzən isə, günlərlə həmin yuxunu düşünürsən.

Yuxuda müxtəlif əşyalar, heyvanlar, hadisələr görə bilərsiniz. Bu dəfə “Gencaile.az” saytının “Yuxuyozma” rubrikasında yuxuda siçan görməyin mənasını açacağıq. Öncə deyək ki, siçan zərərli heyvan olduğu üçün yuxuda siçan görmək də yaxşı deyil.

  • Yuxuda siçan görmək, maddi mənada zərər və itkilərin olacağına işarədir.
  • Yuxuda siçan görmək, sağlamlıq problemlərindən də xəbər verir. Yuxunu görən şəxs, həyatında xəyal qırıqlığı yaşaya bilər, səhhətində ciddi problemlər yarana bilər.
  • Yuxuda siçan evin içində gəzirsə, yuxunu görən şəxs, zərərə uğrayacaq. Yuxuda siçan görmək, ərafınızda pis insanların olduğundan xəbər verir.
  • Ancaq yuxuda çox sayda siçan görmək, ruzi-bərəkət kimi yozulur.
  • Yuxuda siçan görən şəxs, həyatda dələduz biri ilə qarşılaşa və maddi cəhətdən zərərə uğraya bilər.

 

Yuxuda qara siçan öldürmək

Yuxuda qara siçan öldürməyə çalışmaq, yuxunu görən şəxsin ətrafında olan zərərli şəxslərdən qurtulacağına işarədir. Eyni zamanda yuxunu görən şəxs, ətrafında işə yaramayan şəxslər tərəfindən utanacaq vəziyyətə salına bilər.

 

Yuxuda ağ siçan öldürməyə çalışmaq

Yuxuda ağ siçan öldürməyə çalışan şəxs, çox miqdarda pul əldə edəcək. Eyni zamanda ağ siçan öldürmək, haqqsızlığa düçar olmağa və kədərlənməyə işarədir.

 

Yuxuda evdə siçan görmək

Yuxuda evdə siçan görmək, yuxu sahibinin bolluq və bərəkət içərisində olacağının xəbərçisidir. Bu yuxunu görən şəxsin il içərisində ruzi-bərəkət əldə etməsinə, var-dövlət içərisində yaşamasına yozulur.

Yuxu sahibi, siçanı evindən çıxarsa, ruzi-bərəkəti azalar. Yuxu, gündüz saatlarında görülürsə, həmin şəxs uzun ömür yaşayacaq.

 

Yuxuda siçan tutmaq

Yuxuda siçan tutmaq, yaxşı məna vermir. Yuxu sahibinin birinə zərər verəcəyinin xəbərçisidir. Yuxuda siçan tutmaq, eyni zamanda düşmənə qalib gəlməkdir.

 

Yuxuda siçan yemək

Qəribə səslənsə də, hər halda söhbət yuxudan gedir – yuxular aləmində hər şey mümkündür. Yuxuda siçan əti yemək, zalım birinin sizin malınıza göz dikməsi deməkdir. Saxta dostluqlara işarədir. Yuxuda ağzından siçan çıxdığını görmək, oğlan uşağınızın dümyaya gələcəyinə işarədir.

Yuxuda siçan səsi eşitdiyinizi görsəniz, diqqətli olmalısınız. Yuxuda siçanın üstünüzə hücum etməsi, pis bir düşmən deməkdir. Bu düşmən, sizin bütün hərəkətlərinizə diqqət edərək, sizi yıxmağa çalışır.

Siçan tələsinə düşdüyünüzü görürsünzsə, böyük bir problem yaşayacaqsınız.

Yuxuda siçanı qovursunuzsa, qorxduğunuz şeylərdən qurtulacaqsınız.

Yuxuda siçanı sığallamağı görmək, dərdlərinizdən qurtulacağınızın xəbərçisidir.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir