kisi-qadin

Cəlbedici qadınlar niyə tipdən çox intellektə əhəmiyyət verirlər?

Baxış sayı: 362

“Qadınlar tipə deyil, zəkaya baxır!” Bu sözə hər zaman rast gəlirik, amma nə vaxtsa onun üzərində elmi araşdırma aparılacağını düşünərdinizmi? Nəticələr həqiqətən bu ifadəni təsdiqləyirmi?

Fiziki olaraq daha “cazibədar” kateqoriyaya daxil olan insanların daha “ağıllı” həyat yoldaşlarına sahib olacağı proqnozlaşdırılaraq bəzi testlər aparılıb. Gender faktoru da tədqiqatın nəticələrində rol oynayan böyük amillərdən biri idi, amma nəticələr gözləniləndən də maraqlı olub. Həyat yoldaşları arasındakı cazibə və zəkanın ölçüldüyü araşdırmada əvvəlcə bəzi təxminlər edildi. Araşdırmada proqnoza görə, cazibədar kimi təsnif edilə bilən kişilərin arvadlarının intellektində dəyişiklik olmayıb. Amma fiziki cəhətdən daha cazibədar adlandırıla bilən qadınların daha yüksək IQ-ya malik partnyorları var idi.

sevgi

İştirakçıların intellektini və fiziki görünüşünü ölçmək üçün iki test tətbiq edilib. İştirakçılara “Henmom-Nelson Zehni Qabiliyyət Testi” əsasında İQ ölçmə testi aparılıb. Bu, 90 addımlıq test şifahi və riyazi qabiliyyətləri ölüb və 30 dəqiqə davam edib. Fiziki görünüş testində iştirakçıların fotoşəkilləri 6 kişi və 6 qadın tərəfindən 1 (heç cəlbedici deyil) və 11 (son dərəcə cəlbedici) miqyasında qiymətləndirilib. Fotolar ağ-qara idi və bütün üzü əhatə edirdi. Məlum olub ki, kişilərin həyat yoldaşlarında axtardıqları prioritet fiziki cazibədarlıq, qadınların isə həyat yoldaşlarında axtardıqları prioritet zəka olub.

SEVGI

İştirakçıların test nəticələrinə nəzər saldıqda, çox cazibədar kişilərin həyat yoldaşlarının intellektinə verdiyi önəmlə olduqca cazibədar qadınların zəkasına verdiyi əhəmiyyət arasında kifayət qədər fərq olduğu ortaya çıxıb. “Cəlbedicilik” balları yüksək olan qadınlar daha çox intellekt səviyyəsi yüksək olan kişilərə üstünlük veriblər.

Araşdırmada qadınların motivasiyası ilə bağlı heç bir məlumat yoxdur.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir