yuxu

Yuxumuz 8 saatdan az və ya çox olanda nələr baş verir?

Baxış sayı: 165

Çoxsaylı araşdırmalar göstərir ki, yuxunun az olması bir çox sağlamlıq problemlərinə səbəb olur. Kaliforniya Universiteti (ABŞ) alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, yuxunun həm azlığı, həm də artıqlığı insan sağlamlığına ciddi ziyan vurur.

yuxuAlimlərin fikrinə görə, sağlamlığını qorumaq istəyən insan gecə 7-8 saat yatmalıdır. Xüsusi analizlər göstərib ki, bundan az və ya çox yatan insanların qanında xüsusi iltihab zülalların konsentrasiyası artmış olur. Bu zülalların artıqlığı bir çox xroniki xəstəliklərin, o cümlədən hipertoniya, diabet, artrit, astma və hətta bəzi xərçəng formalarının, riskini artırır.

Alimlərin fikrinə görə, yuxu problemləri immun sisteminə mənfi təsir edir ki, bu da öz növbəsində bir sıra xəstəliklərin riskini xeyli artırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir