kolbasa

Zərərlidir, ancaq dadlıdır: Kolbasa alarkən nələrə diqqət etməli?

Baxış sayı: 449

2015-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı rəsmi olaraq kolbasanı xüsusiyyətlərin birləşməsinə görə kanserogenlər siyahısına daxil etdi: onun tərkibində çoxlu trans yağlar, soya və duz var. Buna baxmayaraq, mağazalarda hələ də nisbətən yaxşı kolbasa tapa bilərsiniz. “Rosiya” telekanalında yayımlanan “Ən vacibi haqqında” verilişində həkim Aleksandr Myasnikov sağlamlıq üçün təhlükəli olan kolbasa məhsullarını necə ayırd etmək haqqında danışıb.

Aleksandr Myasnikov və aşpaz Qleb Astafiev qeyd ediblər ki, kolbasa zərərli olsa da, həm də çox dadlıdır. Bununla belə, ekspertlər hələ də məhsulu diqqətlə seçməyə dəyər olduğunu izah ediblər. Kolbasa alarkən nələrə diqqət etməli olduğumuzu açıqlayıblar:

 İlk növbədə məhsulun üzərindəki etiketləri diqqətlə oxumalı, tərkibini, eləcə də xarici görünüşünü araşdırmalısınız.

 Daha boz rəngli kolbasa seçmək yaxşıdır – onun tərkibində natrium nitrit olmayacaq.

 Qablaşdırma quru və elastik olmalı, məhsul möhkəm “oturmalıdır”.

 Qida əlavələri və dad artırıcılar (nitritlər, nitratlar, karagenan və s.) mümkün qədər az olmalıdır.

 Yağ tərkibləri sarı və boz deyil, yalnız ağ olmalıdır.

Mütəxəssislər kolbasanı həm dadlı, həm də faydalı olmasını diləyənlərə onu evdə hazırlamağı məsləhət görüblər.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir