Türk üsulu pomidor-yumurta hazırlamağın qaydasını bilirsiniz? “Gencaile.az” saytı menemen necə hazırlandığı barədə materialı təqdim edir.
Tərkibi
3 ədəd pomidor
1 ədəd soğan
2 diş sarımsaq
1 çay qaşığı bibər tomatı
Duz
İstiot
Qırmızı bibər
Adi cirə
4 ədəd yumurta
Hazırlanma qaydası
Pomidorları kvadrat şəklində doğrayıb, bir kənara qoyun. Tavaya maye yağ əlavə edib, soğanı qovurun. Qovrulan soğanın üstünə bibər pastasını və pomidorları əlavə edin. 5-10 dəqiqə bişəndən sonra qarışığın içinə istiot, qırmızı bibər və adi cirəni əlavə edin. Son olaraq sarımsağı və yaxşıca qarışdırılmış yumurtanı əlavə edin. Üzərinə duz atın.
Süfrəyə təqdim etdikdə, zövqünüzə görə nana və yaxud reyhan da əlavə edə bilərsiniz.
Nuş olsun!