yemeye ne var

Soğan xəmirində toyuq qaraciyəri - "YEMƏYƏ NƏ VAR?"

Baxış sayı: 577

Bu yemək zərif və faydalıdır. Bir çoxlarının bəyənəcəyi dadı var. Çox tez hazırlanır və həm isti, həm də soyuq şəkildə ləzzətli olur. Söhbət soğan xəmirində toyuq qaraciyərindən gedir. Beləliklə, “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu resepti təqdim edirik:

 

Hazırlanma müddəti

35 dəqiqə

Qida dəyəri. 100 qram üçün 175 kkal

Hazırlanmış ciyəri soğan, xama, yumurta, xardal və üyüdülmüş qara istiotla hazırlanmış klyarda qızardın.

 

Tərkibi

toyug ciyəri – 500 qram

soğan – 2 ədəd

toyug yumurtası -1 ədəd

buğda unu – 2 yemək qaşığı

xama – 1.5 yemək qaşığı

xardal – 1 çay qaşığı

qara istiot

duz

bitki yağı

toyuq qaraciyeri

Ciyəri yaxşıca yuyun, öd kanallarını təmizləyin, iki hissəyə bölün, duzlayın və istiotlayın. Soğanı soyun və xırda sürtgəcdən keçirin.

Klyar üçün bir qaba yumurta əlavə edin. Üzərinə xama, duz, xardal, sürtgəcdən keçirilmiş soğan və unu əlavə edib qarışdırın.

Ciyəri klyarın içinə qoyun, yaxşıca qarışdırın və 10 dəqiqə dincəlsin. Tavada bitki yağını qızdırın. Ciyəri qoyub orta odda qapağın altında bir tərəfini qızardın. Sonra çevirin və digər tərəfini qızılı rəng alana qədər bişirin.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir