mm

Psixoloqların sayca 3-cü olan məqalə müsabiqəsi başa çatdı

Baxış sayı: 519

Ölkənin yeganə ailə saytı “Gencaile.az” tərəfindən psixoloqlar arasında keçirilən 3-cü məqalə müsabiqəsi başa çatıb.

Müsabiqə çərçivəsində psixoloqlar tərəfindən hazırlanan məqalələr oxucuların marağına təqdim olunub. Yazıların qiymətləndirilməsi isə onların əldə etdiyi oxunma sayı əsasında aparılıb. Yarış müddətində yayımlanan məqalələrə böyük maraq göstərilib.

Müsabiqənin nəticələrinə görə, Gülnarə İmanova 34651 oxunma sayı ilə birinci yerə layiq görülüb. Onun “Fabbinq: Telefon münasibətlərimizi bizdən necə uzaqlaşdırır?” adlı məqaləsi oxucular tərəfindən maraqla qarşılanaraq geniş oxunma və paylaşım əldə edib.

İkinci yerin sahibi Nərmin Əhmədova olub. Psixoloqun “Günəş ol” adlı məqaləsi 31234 dəfə oxunaraq yüksək göstərici nümayiş etdirib.

Müsabiqədə üçüncü yer isə Nilgün Nəbiyevaya məxsusdur. Onun “Uşağın davranışı onun dilidir: Problemli davranışın arxasında nə dayanır?” başlıqlı yazısı 30001 oxunma sayı ilə ilk üçlükdə qərarlaşıb.

default-gencaile

“Gencaile.az” rəhbərliyindən bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd psixoloqların peşəkar yanaşmalarını və biliklərini daha geniş auditoriyaya çatdırmaq, ailə psixologiyası ilə bağlı maarifləndirici materialların sayını artırmaq və cəmiyyət üçün faydalı məzmunların hazırlanmasına dəstək olmaqdır.

Rəhbərlik oxucuların göstərdiyi marağı və psixoloqların müsabiqədə fəal iştirakını nəzərə alaraq, bu tip layihələrin gələcəkdə də davam etdirilməsinin planlaşdırıldığını qeyd edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir