yashil cay

Yüksək təzyiqdən əziyyət çəkənlər üçün 10 faydalı ərzaq

Baxış sayı: 1. 385

Yüksək təzyiqdən əziyyət çəkənlərin yemək rasionunun əsasını təşkil edən ərzaqlar siyahısında bu ərzaqların da olması vacibdir.

1. Yağsız kəsmik ürəyi qüvvətləndirir, damarları genişləndirir, kalsium, maqnium və kalium mənbəyidir. Gündə 100 qram kəsmik yemək lazımdır.

2. Qırmızı bolqar bibəri C vitaminin mənbəyidir. Hipertoniklər ondan mümkün qədər çox istifadə etməlidirlər. Əgər gün ərzində iki təzə bibər yesəniz, bu orqanizminizin C vitamininə olan tələbatını ödəyəcək.

3. Qızılbalıq – omeqa-3 yağı ilə zəngindir və yüksək təzyiqin azalmasına effektiv yardım edir. Bu balıqdan həftədə 3 dəfə 100-150 qram istifadə etmək sərfəlidir.

4. Yulaf sıyığı hər bir hipertonikin səhər yeməyinin əsasını təşkil etməlidir. Araşdırmalar göstərib ki, yulafın orqanizmin sellüloza ilə təmin edilməsində rolu əvəzedilməzdir.

5. Balqabaq tumu orqanizmi sink ilə təmin edir. Gün ərzində yeməklər arası atışdırmanı 20 qram balqabaq tumu ilə əvəz etmək olar.

6. Kakao damarların vəziyyətini yaxşılaşdırır. Amma bu, çox kalorili içkidir. Həftə ərzində 1-2 fincan yetərlidir.

7. Azyağlı südün tərkibində olan kalium, kalsium, maqnium və vitaminlər hipertonikin vəziyyətini yaxşılaşdırır. Gün ərzində 3 stəkana qədər süd içmək olar.

8. Acı şokolad ürək əzələlərini möhkəmləndirir, tərkibində olan antioksidantlar mövcuddur, təzyiqi 5-10 mm endirmək qabiliyyətinə malikdir. Amma buna baxmayaraq bu ərzağı çox miqdarda yemək olmaz.

9. Badamın tərkibində olan monoyağlar qanda xolesterinin səviyyəsini azaldır. Bu meyvədə kalium və maqnium, E vitamini var, bu isə təzyiqi azaltmaq üçün lazım olan maddələrdir.

10. Müntəzəm olaraq qəbul edilən yaşıl çay xolesterin tıxaclarını azaldır. Tərkibində orqanizmin qocalmasını ləngidən çoxsaylı antioksidant mövcuddur.

Yaponiyada demək olar ki, hipertoniyadan əziyyət çəkən yoxdur, bu ölkə dünyada ən çox yaşıl çay içilən ölkədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir