badimcan salati

Badımcan salatını belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 1. 181

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə sizi badımcan salatının necə hazırlanması ilə tanış edəcəyik.

 

Tərkibi:

5 – 6 ədəd badımcan, 1 ədəd iri şirin qırmızı bibər, 260 qr toyuğun döş əti, 2 ədəd iri pomidor, 3 ədəd iri kök, 100 qr qovurulmuş qoz, 1 bağlama 20%-li xama, 200 qr mayonez, göy soğan, şüyüd, reyhan, duz, qara istiot.

 

Hazırlanması:

Ərzaqları yuyuruq. Sonra badımcanları soyub uzununa kəsirik və duzlayırıq ki, acı suyu çıxsın. Daha sonra bibəri sobada közləyirik. Sonra toyuğun döş ətini yuyub doğrayırıq, duz, istiot vurub kənarda saxlayırıq. Badımcanları yuyuruq, sonra tavaya duru yağ əlavə edib ocağa qoyuruq. Yağ qızandan sonra badımcanların hər üzünü qızardırıq. Daha sonra həmin yağda toyuğun döş ətini qızardırıq. Sonra kökü suda bişiririk. Pomidorları isə yuyub, soyub doğrayırıq. Daha sonra közlədiyimiz bibəri soyub, tumunu təmizləyirik və onuda doğrayırıq. Sonra qozu sürtgəcin böyük gözündən keçirib, göyərtiləri doğrayırıq. Daha sonra kökü doğrayırıq və mayonezlə, xamanı qatıb salatı hazırlayırıq. Salatı hazırlamaq üçün qaba mayonez və xama qarışığından töküb birinci qata toyuğun döş ətini və bibəri əlavə edirik. Hər qata mayonez və xama vururuq üzərinə ərzaqları əlavə edirik. İkinci qata göyərti, üçüncü qata badımcanı əlavə edirik. Dördüncü qata qoz və kök vurulur. Sonuncu qata isə pomidoru əlavə edib mayonez, xama vururuq və üzərini zövqə görə bəzəyirik.

 

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir