ciyelek

Çiyələk mürəbbəsini belə bişirmək lazımdır: "Beş dəqiqəlik" ÜSUL

Baxış sayı: 535

Çiyələk mürəbbəsinin parlaq rəngini və təzə ətrini qorumaq üçün onu uzun müddət bişirmək məsləhət görülmür. Bunun üçün “beş dəqiqəlik” adlanan sürətli üsuldan istifadə etmək olar.

Beləliklə, bu mürəbbəni hazırlamaqla bağlı əsas məsləhətləri təqdim edirik.

Mürəbbə hazırlamaq üçün möhkəm çiyələklərə üstünlük verilməlidir.

“Beş dəqiqəlik” çiyələk mürəbbəsi üçün 1 kq çiyələk, 0.7-1 kq şəkər və 1-2 xörək qaşığı limon şirəsi lazımdır.

Çiyələkləri çeşidləyin, soyuq su ilə ehtiyatla yuyun və yaxşıca qurulayın. Saplaqlarını təmizləyin. Giləmeyvələri geniş bir qaba və ya qazana yığın, üzərinə şəkər əlavə edin və çiyələklərin şirə buraxması üçün bir neçə saat saxlayın. Bunun üçün ən uyğun vaxt 3-5 saat və ya soyuducuda bir gecədir.

Daha sonra qazanı zəif odda qoyun və qaynama həddinə çatdırın. Əmələ gələn köpüyü ehtiyatla götürün.

Mürəbbə qaynamağa başladıqdan sonra onu təxminən 5 dəqiqə bişirin. Limon şirəsini əlavə edib yavaşca qarışdırın və isti mürəbbəni sterilizasiya olunmuş bankalara tökün.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir