AQIL NEBIYEV

Sabiq milli üzvü: “Atama deyirdi ki, bundan futbolçu olmaz” – MÜSAHİBƏ

Baxış sayı: 2. 009

 

“Gencaile.az” saytının  “11 sual” rubrikasının budəfəki qonağı futbol üzrə Azərbaycan yığma komandasının sabiq üzvü Aqil Nəbiyevdir.

 

– Valideynlərinizin futbolçu olmağınıza münasibəti necə idi?

– Normal yanaşma var idi. Atam futbolçu olmağımı istəyirdi. Amma qardaşım Nadir bunun əleyhinə idi.

 

– Maraqlıdır, özü futbolçu olan Nadir Nəbiyev sizin futbolçu olmanızı niyə istəmirdi?

– Sözün açığı, o, atama deyirdi ki, bundan futbolçu olmaz. Nadir təklif edirdi ki, başqa sahəyə yönəlim. Məsələn, deyirdi ki, oxusun başqa bir peşəyə yiyələnsin.

aqil Nebiyev 1

– Bəs futbolçu olduqdan sonra necə, Nadir Nəbiyev sizə dəstək oldumu?

– Qardaşım mənə təkcə futbol sahəsində yox, hərtərəfli dəstək olurdu. Elə indinin özündə də onun dəstəyini hiss edirəm.

 

– Bir qərar qəbul edəndə kiminləsə məsləhətləşirsiz, yoxsa təkbaşına qərar verirsiniz?

–  Yox, təkbaşına qərar vermirəm. Bütün məqamlarda mütləq qardaşım Nadirlə məsləhətləşirəm.

 

– Yeri gəlmişkən, futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?

– Düzü, bu haqda heç fikirləşməmişəm. Bəlkə də hüquqşunas olardım.

aqil

– Ailə həyatı qurmağa hazırlaşanda gələcək həyat yoldaşınız futbolçu ilə ailə qurmağa tərəddüd etmədi ki?

– Üzürlü hesab edin, mən bu suala cavab vermək istəmirəm.

 

– Sizcə, bir futbolçu üçün ailə həyatı qurmağın mənfi və müsbət cəhətləri hansılardır?

– Sözsüz ki, müsbət tərəfləri də var, amma ən əsas mənfi cəhətlərini qeyd edə bilərəm. Futbolçular ailəsinə o qədər də vaxt ayıra bilmir və ən əsası çox vaxt ailəsindən uzaqda olur ki, bu da problemdir.

 

– Bayaq dediniz ki, qardaşınız futbolçu olmağınızı istəmirdi. Maraqlıdır, siz necə, övladlarınızın futbolçu olmasını istərdinizmi?

– Hər şeyi zaman göstərəcək, ancaq düzü, məcburi şəkildə bu peşəyə yiyələnməsini istəmirəm.

 

– Futbol adamları adətən evdən kənarda olur. Ailənizdən uzaqda olmaq sizin üçün hansı problemləri yaradır?

– Düzdü, müəyyən problemlər olur, ancaq buna normal yanaşmaq lazımdır, çünki bu, bizim işimizdən irəli gələn məsələlərdir.

NABIYEV a

 

– İdman aləmində olanlar daim diqqət mərkəzində olan insanlardır. Maraqlıdır, həyat yoldaşınızdan bu səbəbdən qısqanclıq hiss edirsinizmi?

– Qısqanclıq baxımından problem yoxdur, çünki inam hissi var.

 

– Hansı futbolçularla ailəvi münasibətləriniz var?

– Dostlarım çoxdur, amma ailəvi şəkildə yalnız hazırda AZAL-da forma geyən Eltun Yaqublu ilə gediş-gəlişimiz var.

 

Söhbətləşdi: Tural Məmmədov

aqil nebiyev 3
aqil N




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir