film

Ən qıcıqlandırıcı finala sahib 5 film

Baxış sayı: 616

Filmin ən əsas hissələrindən biri onun finalıdır. Təəsüf ki, bəzi filmlər var ki, özlüyündə yaxşı olsalar da çox mənasız və qıcıqlandırıcı finala malikdirlər. Onlardan bir neçəsini təqdim edirik.

 

“Əlamətlər”, 2002

Bu Nayt Şyamalanın çəkdiyi və baş rolda Mel Gibsonun oynadığı bu film yadplanetlilərin Yerə hücumundan bəhs edir.

Burada hər şey: yerdə naməlum dairələr, dünyanın məhv etmək istəyən qəzəbli yadplanetlilər və s. var. Finalda məlum olur ki, bura gələn yadplanetlilər üçün adi su ölümcüldür…

“Mələklər şəhəri”, 1998

Qadına vurulan mələk haqqında dramatik filmdir. O, qızı o qədər sevir ki, onun uğrunda ölümsüzlükdən imtina edir. Lakin elə həmin anda qız velosipedlə yük maşınına çırpılaraq həyatından olur.

“İndiana Cons və büllur kəllə krallığı”, 2008

Keçmiş filmləri maraqlı olan İndiana Consun son parçası pulgir kinoşirkətlər tərəfindən zay edilir. Əgər ilk 3 seriyanı qızıl klassika adlandırmaq olarsa, dördüncü sadəcə saqa sevdalılarınsan pul qırmaq üçün çəkiblər.

“Supermen”, 1978

Filmin sonunda Klark Kentin sevdiyi qadın – Lois Leyn həlak olur. Qəmdən dəli olan baş qəhrəman radikal metoda əl ataraq bunun qarşısını almaq istəyir. O işıq sürəti ilə Yer oxunun əks istiqamətində fırlanaraq zamanı geriyə çevrir…və sevgilisi sağ qalır.

film

“Lüsi”, 2014

Kinotənqidçilər “Lüsi”ni Lük Bessonun ən zəif filmi hesab edir. Filmin əsasında insanın sadəcə beyninin 10% istifadə etdiyi fikri durur.

Qaçaqmalçılar Lüsinin qarnına narkotik maddələr yerləşdirərək onu tikirlər və beləliklə qanunsuz malları nəql etməyə çalışırlar.

Lakin narkotik qızın qarnında dağılaraq qana keçir və nəticədə onun beyni superkompüter kimi işləməyə başlayır. Qısa zamanda o fövqəltəbii bacarıqlara yiyələnir.

Sonda isə Lüsi kiberməkana sızaraq yox olur. Dostlarına isə qara bir “flash-card” saxlayır…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir