yemeye ne var

Ətsiz kotletlər belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 452

Əgər sağlam qidalanırsınızsa və dieta saxlayırsınızsa, yemək seçiminə diqqətlə yanaşmalısınız. Belə olan halda sevimli yeməklərinizin alternativ versiyalarından istifadə edə bilərsiniz. Belə yeməklərdən biri də kotletlərdir. Ancaq kotleti ətsiz və daha dadlı necə etmək olar?

Beləliklə, “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında ətsiz kotletin hazırlanması reseptini təqdim edirik:

 

Lazım olan ərzaqlar:  

 

300 q kəsmik;
4 yumurta;
200 q yulaf kəpəyi və ya yulaf əzməsi;
Yaşıl soğan.

Bundan əlavə, yeməyi  daha dadlı etmək üçün sevimli ədviyyatlarınızı əlavə edə bilərsiniz.

Yaşıl soğan cəfəri və ya digər göyərtilərlə əvəz edilə bilər. Kəsmik və yulaf yaxşıca əzilməli və qarışdırılmalıdır. Daha sonra göyərti də onun üzərinə tökülməlidir.

Alınan qarışığı yaxşıca qarışdırmaq lazımdır. Sonra ona yumurta və ədviyyatları əlavə edə bilərsiniz.

Bunları bitirdikdən sonra alınan qarışığı bir saat “dincəlməyə” qoyun. Bu müddətdən sonra kotletləri əvvəlcədən isidilmiş tavada qızartmağa davam edin.

Onları qızılı rəngə çevrilənə qədər bişirin, sonra qalan yağı çıxarmaq üçün kağız dəsmalın üzərinə qoyun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir