srhtshtrrthsehttrh

Ata puluyla milyarder olanlar

Baxış sayı: 479

“Forbes” jurnalı dünyanın ən zəngin gənc milyarderlərinin siyahısını dərc edib. Milyarderlərin orta yaşı 65 olsa da, jurnalın siyahısında 30 yaşdan aşağı gənclər yer alıb.

Siyahıda yer alan milyarderləri birləşdirən bir çox ortaq cəhətlər var. Bilirəm, hamınızı maraqlandırır ki, onlar bu qədər pulu hardan və necə qazanıb. Əksəriyyəti varlı iş adamlarının övladlarıdır və bu pullar onlara valideynlərindən miras qalıb. Gəlin siyahıya bilrikdə nəzər salaq.

 

1. Klemente Del Vekkio – 3,5 milyard dollar
O, Del Vekko ailəsinin ən gənc varisidir. Klementin cəmi 18 yaşı var. Onun haqqında çox az şey məlumdur. Sosial media istifadəşisi deyil, “Ray-Ban”, “Oakley” və başqa brendlərin daxil olduğu “Luxottica” şirkətində işləyib-işləmədiyi məlum deyil.

2. Luka Del Vekko – 3,5 milyard dollar
Leonardo Del Vekko var-dövlətini övladları arasında bərabər bölüb. İkinci oğlu Del Vekko 21 yaşında olsa da, artıq 3,5 milyard dollar “sərvəti” var. Lakin Lukanın nə işlə məşğul olduğu və ya “Luxottica”da çalışıb-çalışmadığı məlum deyil.

3. Leonardo Mariya Del Vekko – 3,5 milyard dollar


3, 5 milyard dollar sərvəti olan 27 yaşlı Del Vekko əslən İtaliyadandır. O, İtaliya konqlomeratı və eynək sənayesinin ən böyük şirkəti “Luxottica”nın sahibidir. Bütün bu sərvət ona atasından miras qalıb.

4. Kevin David Lemann – 2,3 milyard dollar
Lemann Almaniyadandır, onun 20 yaşı var və 2,3 milyard dollarlıq sərvətin sahibidir. Ona bu qədər var-dövlət təbii ki, atasından miras qalıb, eyni zamanda məşhur “Dm” kosmetika mağazalar şəbəkəsində səhmlərin 50 faizinin pay sahibidir.

5. Kim Çon Min – 1,7 milyard dollar
Çon Min Cənubi Koreyadandır, 21 yaşı var və sərvəti 1,7 milyard dollar qiymətləndirilir. O, atası Kim Çjun Çju 2022-ci ildə vəfat etdikdən sonra varlanıb. O, bu qədər pulu “Nexon” şirkətinin oyun sənayesində qazanıb. Sözügedən şirkətin səhmlərinin 15 faizi Kim Çon Mine məxsusdur.

6. Kim Çen Yen – 1,7 milyard dollar
Söhbət Kim Çen Minin təxminən 19 yaşlı bacısından gedir. O da atasının “Nexon” şirkətində pay sahibidir, sərvətinin dəyəri 1,7 milyard dollardır. Onun şirkətdə işəyib-işlədiyiməlum deyil.

7. Aleksandra Andresen – 1,5 milyard dollar

Aleksandra Andresen Katarina Andresenin bacısıdır, 26 yaşlı qızın sərvəti 1,5 milyard dollardır, lakin o, atasının “Ferd” şirkətində 42 faiz paya malikdir. Bundan əlavə, Aleksandra at sürmə üzrə üçqat çempiondur.

8. Van Çzelun – 1,4 milyard dollar


26 yaşlı Çzelunun əslən Çindəndir və 1,4 milyard dolları var. Atasından miras qalmış kağız və digər məhsulların ağardılması üçün kimyəvi maddələr istehsal edən CNNC şirkətində səhm sahibidir.

9. Katarina Andresen – 1,5 milyard dollar

27 yaşlı Andersen Norveçdəndir və 1,5 milyard dollar sərvəti var. Onun atası Yohan H. Andresen ölkənin ən varlı adamlarından biridir, Katarina “Ferd” holdinqinin altıncı nəsil sahibidir.

10. Rayan Breslou – 1,1 milyard dollar

Əslən ABŞ-dan olan 28 yaşlı Breslounun sərvəti 1,1 milyard dollardır. O, hələ də idarəçisi olduğu “Bolt”u yaradıb, həmçinin kriptovalyutalar və onlayn ticarətlə məşğul olub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir