Nusabe Meherremova

Autizm sindromu haqda maraqlı nünaslar

Baxış sayı: 1. 186

Autizm termini uşağın reallıqdan ayrılması, reaksiyalara cavab verməməsi, xarici təsirlərə cavabsızlığı və ətraf mühitlə passivliyi deməkdir. Autizm anadangəlmədir və səbəbləri  dəqiq məlum deyil. Autizm ilk dəfə 1943 cü ildə amerikalı uşaq psxiatrı Leo Kanner tərəfindən  erkən uşaq autizmi olaraq adlandırılmışdı. Autizm neyro psixiatrik pozuntudur və beyindəki neyronların normadan az olması ilə bağlı olduğu deyilir.

Autzm sindromu erkən yaşlarda özünü göstərir. Bəzən valideynlər autizmi başqa  diaqnozlarla səhv sala bilirlər. Hipperaktiv və nitq ləngiməsi olan uşaqlarla səhv salına bilirlər, çünki hər iki diaqnozlarda göz kontaktı, adına reaksiya və nitqin zəif olması oxşarlığa əsas götürülür. Amma autizmli uşaqların streotipləri olur ki, bu digər uşaqlarda olmur.

autizm

1) Adına reaksiya

2) Autizmi uşaqlar baxışı fiksasiya edə bilmir, birbaşa görmə kontaktı onu əsəbləşdirir, göz kintaktı zəif olur

3) Yerində yellənmələr, fırlanmalar, əl sirkələnmələri olur

4) Nitqin olmaması və ya zəif olması

5) Başqalarına qarşı maraqsızlıq, ünsiyyətsizlik.

6) Fiziki təması sevmirlər, qucağa alınmağı istımirlər

7) Səbəbsiz olaraq ağlayırlar, səbəbsiz yerə gülürlər

8) Tək oynamağı seçirlər

9) Səslərə və qoxuya qarşı ya həssas, ya da çox laqeyid olurlar

10) Davamlı olaraq eyni oyunları oynayırlar

11) Ağrıya və təhlükə hissinə qarşı çox laqeyiddirlər

12) Həy şeyin eyni olmasını sevirlər

13) Yaradıcılıq tələb edən oyunları oynaya bilmirlər

14) Fırlanan əşyalara maraqları çox olur

15) Öyrənməkdə və dərk etməkdə çətinlik çəkirlər

16) Barmaq uclarında gəzmələr və əyri baxışları olur

autizm

Əgər bu əlamətlər uşaqlarda görülürsə, valideynlər ilk növbədə həkimə müraciət etməlidirlər, çünki ancaq psixiatr və nervopatoloq diaqnoz qoya bilər və sonra loqoped defektoloq, psixoloq, erqoterapis bu uşaqlarla çalışa bilər. Nə qədər erkən müdaxilə olsa, bir o qədər tez nəticə olur

Ən əsası bu uşaqlar cəmiyyətdən tədric olunmamalıdır. Bəzən valideynlər autizmli uşaqlardan utanıb, onlara qarşı cəmiyyətin reaksiyasının necə olacağından çəkinib onları cəmiyyətə çox az hallarda çıxarırlar. Amma qeyd etmək  lazımdır ki, autizm xəstəlik deyil, bir fərqlilikdir. Onları sevmək, onlara daha çox diqqət vermək və başqa uşaqlardan fərqləndirməmək lazımdır.

 

Nüşabə Məhərrəmova

“Orvita” psixoloji reablitasiya mərkəzinin defektoloq-loqopedi




13 şərh “Autizm sindromu haqda maraqlı nünaslar

  1. Nazilə

    Autizm əsasən sosial bacarıqlara yiyələnmədə, nitq və zehni inkişafda ləngimə və çətinliklər yaradır:

    Cavabla
  2. Resul Rehmanov

    Hələlik autizmin çarəsi tapılmayıb. Bu səbəbdən sindromun konkret dərmanı yoxdur. Hətta səhv etmirəmsə, bu sindromun çarəsini tapan şəxsə Nobel mükafatı vəd edilib.

    Cavabla
  3. İntizar Qurbanova

    Autizm əvvəllər ruhi xəstəlik sayılırdı. İndi isə inkişaf problemləri təsnifatına aid edilib. Amma istənilənm halda çox ağır xəstəlikdir.

    Cavabla
  4. Asif Əhmədov

    cox onemlo bir novzuya toxunmusunuz. Gunumuzun en aktual meselelerinden biridir. Tesekkurler mutexessise ki, bu haqda yazib. Faydali olacagini dusunurem.

    Cavabla
  5. Şəhla

    Təəssüf ki, günümüzdə autizmin medikamentoz müalicəsi yoxdur. Lakin davranışın tətbiqi təhlili, strukturlaşdırılmış təhsil, loqoped terapiyası, sosial vərdişlərin öyrədilməsi, məşğulluq terapiyası kimi səmərəli psixopedaqoji proqramlar mövcuddur. Bu proqramlar vasitəsilə müəyyən irəlləyiş əldə etmək mümkündür.

    Cavabla
  6. Mamed

    Bu sindromun vaxtında aşkar olunması və mütəxəssis müdaxiləsinin daha erkən və mütəmadi həyata keçirilməsi uşaqların sosial və nitq bacarıqlarının, intellekt səviyyəsinin nəzərəçarpacaq dərəcədə inkişafına kömək edir.

    Cavabla
  7. Elminaz Qurbansoy

    Ətraf mühit, xəstəliklər, stress, ailədaxili və cəmiyyətdə problemlər sonradan da autistik pozuntu yarada bilər.

    Cavabla
  8. Arif K.

    Fikrimcə, valideynlər bu xəstəlik olduğunu şübhələnirlərsə, ilk olaraq, mütəxəssislə məsləhətləşsinlər. Sonra isə müəyyən müalicə proqramlarından istifadə etsinlər. Autizmli uşaqlara müalicədən daha da əhəmiyyətli əvvəl valideynlərinin, sonra isə cəmiyyət üzvlərinin anlayış və diqqət göstərməsidir. Mənəvi dəstək, ünsiyyət onlar üçün daha xeyirlidir

    Cavabla
  9. Rauf Xasay

    Azərbaycanda övladları autizmli olan valideynlər reabilitasiyanın özəl və baha olduğunu, eləcə də autizmli uşaqlar üçün təqaüd almaqda çətinlik çəkdiklərini dilə gətirir. Niyə baxan yoxdur. Bu haqda da yazın

    Cavabla
  10. Elnarə Poladova

    Autizmli bir uşağın həftədə dörd saat reabilitasiya təhsili alması üçün 250-300 manat tələb olunur. Əslində isə bu uşaqlar həftədə minimum 20 saat reabilitasiya təhsili almalıdır ki, bu da 1000-2000 manat xərc deməkdir. lakin heç də bütün ailələrin buna imkanı çatmır.

    Cavabla
  11. Nərminə Umudlu

    Son bir nece gunde bu saytda Orvitanln tanitimini gorurem. Yazini yazan xanim da oranin ememkdasi kimi teqdim olunub. İnsallah, autizmli aileler ucun faydali olar, cunki bele aileler bezen hara nuraciet etmeli oldugunu bilmir. Bu sahede yaxsilari uze cixartmaga deyer

    Cavabla
  12. Aysel Qarayeva

    Bu kimi problemlerin hellinde son vaxtlar Orvitanın adi daha cox gundemdedir. İnsallah, faydasini da gorerik. Savadli mutexesssisn eline dusmeye ehtiyacimiz var. Yeqin ki, butun analar menle razidir.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir