bogaz

Badamcıqları nə zaman əməliyyat etmək olar?

Baxış sayı: 423

“Rossiya 1” kanalında “Ən vacibi haqqında” verilişində doktor Aleksandr Myasnikov streptokok tonzillitin niyə təhlükəli olduğunu izah edib. O, kimin və nə vaxt badamcıqlarını çıxarmalı olduğu ilə bağlı məşhur sualı da cavablandırıb.

Həkimin izah etdiyi kimi, streptokokk tonzillitin təhlükəsi ondan ibarətdir ki, bu, ürəyə və böyrəklərə mənfi təsir göstərərək, ciddi xəstəliklərə səbəb ola bilər.

“Biz yaxma aparırıq və əgər streptokokdursa, 10 gün ərzində antibiotiklərlə müalicə edirik. Yaxın təmasda olanları da yoxlayırıq, onları da müalicə edirik”, – deyə həkim izah edib.

Mütəxəssis streptokokk tonzillitin əlamətlərini də sadalayıb: yüksək hərarət, limfa düyünlərinin şişməsi, badamcıqların qırmızı olması və onların üzərində ərp.

Aleksandr Myasnikovun sözlərinə görə, əgər xəstə il ərzində ən azı yeddi dəfə streptokok tonzillitindən əziyyət çəkirsə və ya abses olubsa, badamcıqları çıxarmaq lazımdır. Bu, böyüklərə və uşaqlara aiddir. Ancaq bəzən xəstələrdə mənfi nəticələr olur.

“Boyun ətrafında bütöv bir halqa var. Əgər badamcıqları böyüklərdən götürsək, başqa bir limfoid toxuması kompensasiya olaraq böyüyür, bu da sonradan iltihablana bilər. Yəni bu, həmişə problemin son həll yolu deyil”, -deyə teleaparıcı bildirib.

O, həmçinin əlavə edib ki, xəstənin boğaz ağrısına diqqət yetirməsi lazımdır. Əgər biri birtərəflidirsə, bu, ciddi bir xəstəliyin əlaməti ola bilər.

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir